Nizami Qocayev: “Müharibə əlilləri və şəhid ailələrinə hər zaman qayğı göstəririk” A- / A+
 Ötən ilin sentyabrın 27-dən Ermənistanın cəbhə bölgəsində törətdikləri təxribatlar, mülki şəxslərin hədəfə alınması Prezident İlham Əliyevin əmrilə Milli Ordumuz tərəfindən qətiyyətlə alınaraq zəfər çalındı. Həmin günlərdə dünya azərbaycanlılarının nümayiş etdirdiyi yüksək vətənpərvərlik hər birimizi hədsiz sevindirdi. Soydaşlarımız Prezidentin xalqa müraciətlərində qaldırğı yumruq olub onun ətrafında toplandı. Vətən müharibəsi soydaşlarımız arasında birliyin və həmrəyliyin gücləndirilməsinin önəmini bir daha göstərdi.Çox sevindirici haldır ki, 44 günlük müharibə dövründə hər bir soydaşımız dövlətimiz, Milli Ordumuz üçün yardım kampaniyalarında birləşərək aktivlik göstəriblər. Bu baxımdan “Çinar Avtoparkinq” MMC-nin direktrou Nizami Qocayev də Milli Ordumuza, qazilərimizə, şəhid ailələrinə şəxsi vəsaiti hesabına yardımlar edib. Bu yardım kampaniyasında “Çinar Avtoparkinq” MMC-nin digər nümayəndələri də fəal iştirak ediblər.Yeri gəlmişkən, martın 2-də Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov “Çinar Avtoparkinq” MMC-nin direktrou Nizami Qocayevlə görüşüb.      
“Çinar Avtoparkinq” MMC-nin direktor müavini Yaşar Babayev də bu görüşdə iştirak edib.
Görüşdə Nizami Qocayev deyib ki, müharibə əlilləri və şəhid ailələrinə hər zaman qayğı göstərirlər: “Döyüş meydanında əldə olunan bu qələbələr nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqla Ordunun birliyini və ümumiyyətlə, dünya azərbaycanlılarının həmrəyliyini hamımız bir daha hiss etdik və gördük. Bu döyüşlərdə ordumuz böyük rəşadət göstərdi. Döyüşdə şəhid olanlara Alladan rəhmət, yaralılarımza isə şəfalar diləyirik. Bizə düşən şəhidlərin ailələrinə, qazilərə diqqət və qayğı göstərməkdir. Şəhidlərin və qazilərin, Milli qəhrəmanların təbliği üçün əlimizdən gələn yardımları bundan sonra da edəcəyik”.
 Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov vətənpərvərlik ruhunun aşılanması mövzusunda davamlı olaraq tədbirlər keçirdiklərini deyib: “Nizami Qocayevin rəhbərliyi ilə “Çinar Avtoparkinq” MMC-nin şəhid Milli Qəhrəman ailələrinə, şəhid ailələrinə, aztəminatlı ailələrə daima diqqəti və qayğısı ARMQTİB tərəfindən yüksək qiymətləndirilir. Bu üzdən də inanıram ki, gələcəkdə birgə uğurlu layihələr həyata keçirəcəyik”.
 Ədhəm Məmmədov şəhid Milli qəhrəmanların ailələri, şəhid ailələri və aztəminatlı ailələr adından Nizami Qocayevə yardımsevərliyinə görə minnətdarlığını bildirib.
Xatırladaq ki, Nizami Qocayev ehtiyatda olan polis polkovnikidir. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.шаблоны для dle 11.2
Tarix: 4-03-2021, 15:23







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?