Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə Kazanda "Xatirə günü" keçirilib A- / A+
Fevralın 26-da Xocalıda baş vermiş faciəli hadisələrin 29-cu ildönümü münasibətilə Tatarıstan Respublikası Azərbaycanlılarının Regional İctimai Birliyi tərəfindən Tatarıstanda yaşayan azərbaycanlı ruhanilərin, gənclərin, ziyalıların iştirakı ilə Kazanın “Əl-Mərcani” baş məscidində "Xatirə günü" təşkil edilib. Tədbirdə karantin məhdudiyyətlərinə baxmayaraq, Tatarıstan Respublikasının hər yerindən 80-dən çox azərbaycanlı iştirak edib. Tədbirdə, öncə Xocalıda, eləcə də 1-ci və 2-ci Qarabağ müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Tatarıstan Respublikası Azərbaycanlılarının Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev, ağsaqqallar Rafael Həsənov və Zakir Məsimov, tanınmış onkoloq Fərhad Didakunan və digər fəallar çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan xalqı 20-ci əsrdə ona qarşı törədilmiş bu cinayəti unutmayacaq. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan bundan sonra erməni  təcavüzün təkrar edilməsinə yol verməyəcək.Tədbirin videosunu aşağıdakı linkdən izləmək olar:https://www.youtube.com/watch?v=usMmquXLySA&feature=youtu.be

шаблоны для dle 11.2
Tarix: 27-02-2021, 16:24







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?