Xocalı soyqırımı ilə bağlı Polşada silsilə tədbirlər keçirilib A- / A+
Xocalı soyqırımının 29 -cu ildönümü  Polşa  xalqına  daha  fərqli  bir  üsulda  çatdırılıb. Bu haqda Polşa Azərbaycanlılar Şurasının sədri Fərid Cəfərli məlumat verib. Polşa Azərbaycanlılar Şurasının təşkilatçılığı ilə üzərində  Xocalı faciəsini  əks etdirən  kiçik  məlumat  və  foto ilə  hazırlanmış bukletlər  şəhər  sakinlərinə  və  burada  olan  turistlərə  paylanılıb. Qeyd edək ki  bu  təşəbbüs  Varşavanın  mərkəzi  küçəsində  həyata  keçirilib  və insanların   böyük  marağına  səbəb  olub. Eyni zamanda soyqırım ilə bağlı çəkilmiş şəkillərin şəhər mərkəzində sərgisi təşkil olunub. İnsanların diqqətini cəlb etmək üçün sərginin önündə  gitara və tarın sintezi formatında Qarabağ ilə bağlı olan həzin musiqilər səsləndirilir. Xocalı faciəsi haqqında məlumat kitabçalarından əlavə də şəhər   sakinlərinə   hadisə haqqında  dolğun  məlumat  verilib.  Azərbaycanlı gənclər Polşa xalqını və hökumətini bu qətliama susmamağa, haqqın yanında olmağa çağırıb.Bundan başqa Polşa Azərbaycanlılar Şurası diaspor fəaliyyətində yeniliyə imza atıb. İnnovativ ideyalardan istifadə edərək Xocalı soyqırımını daha müasir formada cəmiyyətə çatdırıb. Belə ki, sərgi zamanı şəhər sakinlərinə Azərbaycan  nemətlərindən və çayından dadmağa dəvət edilib. Çay içdikləri fincanların üzərində QR kod yerləşdirilib, telefonlar vasitəsilə həmin QR kodu oxudan zaman, telefonun ekranında Xocalı soyqırımı ilə bağlı geniş məlumat görmək mümkündür.
Həmçinin,  faciə   haqda  Polşanın  informasiya portallarına da   geniş  məlumat  göndərilib.
шаблоны для dle 11.2
Tarix: 26-02-2021, 22:58







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?