Daşkənddə Xocalı soyqırımının 29-cu ildönümü qeyd olunub A- / A+
Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirib.Tədbirdə səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, diasporumuzun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Xocalı faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Səfir deyib ki, 29 il əvvəl - fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini mühasirəyə alıblar. Şəhərdə könüllülər, qocalar, qadınlar, uşaqlar olub. O zaman Qırmızı Xaç Komitəsi və başqa beynəlxalq təşkilatlar vasitəsilə razılıq əldə edilmişdi ki, dinc əhali üçün sülh dəhlizi açılsın və onlar mühasirədən çıxa bilsinlər. Lakin ermənilər dinc əhaliyə bu dəhlizdən istifadə etməyə imkan vermədilər. Erməni silahlıları soyuqqanlılıqla qocaları, qadınları, uşaqları atəşə tutdular. Diplomat Xocalıda qəddarlıqla öldürülən insanlar, yaralananlar və itkin düşənlərin sayı  haqqında da məlumat verib.
Hüseyn Quliyev deyib ki, britaniyalı jurnalist Tomas de Vaalın “Xocalıda nə baş verib” sualına Ermənistanın sabiq prezidenti, Xocalı canilərindən biri Serj Sarkisyan lovğalıqla belə cavab verib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Lakin biz bu stereotipi sındırmağı bacardıq. Bax, orada bu baş verib”.
Səfir qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib. Hazırda Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, İordaniya, Panama, Sudan, Peru, Honduras kimi dövlətlərin parlamentləri və Amerika Birləşmiş Ştatlarının 22 ştatı Xocalı soyqırımını tanıyıb.
Diplomat çıxışının sonunda səfirliyin müxtəlif tədbirlərinin keçirilməsinə dəstək olduğuna görə Qazaxıstanda yaşayan soydaşımız, iş adamı Mehdi Məmmədova minnətdarlıq edib.
Özbəkistan Müsəlmanları idarəsi sədrinin müavini İbrahim Hacı İnamov və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Xocalı soyqırımı və erməni təcavüzü barədə düşüncələrini bölüşüb, zaman-zaman Ermənistanın işğalçılıq siyasətindən söhbət açıblar, Ermənistan silahlı qüvvələrinin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırım olduğunu vurğulayıblar.
Sonra Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib, ehsan verilib.
 шаблоны для dle 11.2
Tarix: 25-02-2021, 21:27







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?