Xocalı faciəsində dair “Mələklərin soyqırımı” adlı poema Azərbaycan və Özbək dilində çap olundu A- / A+
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanlı şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” adlı əsəri  
Azərbaycan və Özbək dilində işıq üzü görüb.
Poemada “Ulu  mədəniyyət  beşiyi”, “Xocalıya aparan yol”, “azərbaycanlı və erməni ananın  tərbiyəsi”, “Qiyamətin başlanğıcı”, “Təpəgözün  doğulması”, “Məhşər: 26  fevral  1992”, “Öz  soyunu  lənətləyən  əsgər”, “Babəkin  ikinci  edamı”, “Sızıldayan  qar  topası”, “Ailə  rekviyemi”, “Zəncirlənmiş  uşaq”, “Xocalı  səmasında  ruhların  söhbəti”, “İlahiyə  kitab”, “İblisin  kitabı”, “Gülüstan  torpağını  qan  yudu”, “Bütün  qohumlarını  itirmiş  Xocalı  sakinini  elegiyası”, “Zamanın çağırışı”, “Birlik himni”, “Xocalıya  and  içirəm” adlı hissələrdə  tarixən Azərbaycan, Türk millətinə qarşı ermənilərin nifrət aşılaması, tarixi Azərbaycan torpaqlarına iddiaları, təcavüz, şəhər və kəndlərimizin, mədəni, dini  abidələrimizin barbarcasına dağıdılması, məhv edilməsi, 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin erməni təcavüzkarları tərəfindən yer üzündən silinməsi, Xocalıda məsum dinc sakinləri, uşaqları,  qocaları, qadınların xüsusi amansızlıqla məhv edilməsi öz əksini tapmışdır.
Əsərdə Xocalı soyqırımının bütün dəhşətləri, erməni millətçiləri tərəfindən insanlığa qarşı həyata keçirilən qətliam kimi təqdim olunur, soyqırımın iştirakçıları, əlləri Azərbaycan xalqının qanına batan Xocalı canilərinin obrazı yaradılmış, bu soyqırımın bütöv bir insanlığa qarşı cinayət olduğu qeyd olunur.
Qeyd edək ki, “Mələklərin soyqırımı” adlı poema Özbəkistandaklı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən elan olunan “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” layihəsi çərçivəsində elan olunan “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsinə təqdim edilmiş və əsər müsabiqənin qalibi seçilərək xüsusi mükafata layiq görülmüşdür.
Poema Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə özbək dilinə tərcümə edilərək ikidilli nəşr kimi çap olunmuşdur. Poemanı Özbək dilinə tərcüməçi Raxmat Babacan çevirmişdir.
Bir il müddətində yazılmış əsər tamamlanan ay (may, 2020-ci il) müəllif Oqtay İsmayıllı dünyadan köçmüşdür.
Poemaya “Ön söz” yazan Özbəkistandaklı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Mələklərin soyqırım”ı adlı bu poemanın erməni işğalı, xalqımıza qarşı tarixən törədilmiş qanlı qətliamları, soyqırımları unutmamaq, ədəbiyyatın, poeziyanın dili ilə insanlarımıza, dünyaya çatdırmaq üçün gözəl bir əsər kimi dəyərləndirir.
S. Abbasov müəllif  O. İsmayıllının Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda apardığı 44 günlük Vətən müharibəsini, əldə etdiyimiz qələbəni, Xocalıda əlləri o, məsum insanlarımızın qanlarına batan, onları xüsusi amansızlıqla qətlə yetirən erməni cəlladlarının, işğalçı Ermənistan ordusunun öz cəzasına çatmasına, darmadağın edilərək torpaqlarımızdan qovulmasını görməməsindən təəssüflə qeyd edərək, Xocalı soyqırımı haqqında poema yaradan, onu dünyaya çatdıran və bu əsərlə ölməzlik qazanan Oqtay İsmayıllının ruhu şad olduğunu qeyd edib.
O, “Mələklərin soyqırımı” adlı poemanın Azərbaycanda, Özbəkistanda, başqa ölkələrdə yüksək səviyyədə qarşılanacağına inandığını bildirib.  
O, müəllifin arzusu olaraq nəşrin gələcəkdə işğaldan azad olunmuş Qarabağda təqdimatının keçiriləcəyini bildirib.шаблоны для dle 11.2
Tarix: 25-02-2021, 21:25







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?