İspaniya televiziyasında Azərbaycanla bağlı veriliş yayımlanıb A- / A+
İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosassiyasının (ACAE) prezidenti Fərid Mustafayev İspaniyanın Castilla Llon əyalətinin Burgos şəhərində La 8 Burgos televiziyasının Ocho Magazine verilişinin  qonağı olub.
 
Missiya.Az xəbər verir ki, bu barədə F.Mustafayev özü məlumat verib. Verlişdə, Azərbaycan haqqında ətraflı söhbət açılıb:  “Azərbaycanın nə qədər zəngin və qədim tarixə malik olmasından danışdıq. Həmçinin Azərbaycanın  44 günlük Vətən Müharibəsində qazandığı qələbədən və işğaldan azad olunmuş torpaqlarda Cənab Prezident İlham Əliyevin göstərişi ilə aparılan işlərdən danışdım. Qeyd etdim ki, bu ərazilərdə yaşayış məskənləri, həmçinin binalar, təhsil və səhiyyə ocaqları, tarixi abidələr və digər infrastrukturlar ermənilər tərəfindən son 30 il ərzində tam dağıdılıb və oğurlanıb”
F.Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan işğaldan azad olunmuş regionları tam bərpa edəcək: “Bu ərazilərdə görülən işlər ən son standartlara cavab verəcək. Həmçinin qeyd etdim ki, Azərbaycan sürətlə inkşaf edən ölkələrdən biridir.
İspan şirkətləri və investorların Azərbaycana yatırım eləməsi istiqamətində çalışırıq. Hazırda bir neçə şirkət və investorlarla danışıqlar gedir. ümüd edirik ki, bu uğurlu layihəyə qısa zamanda start veriləcək.  Hal hazırda biz ACAE olaraq böyük investorların Azərbaycana yönəldilməsi üzərində ciddi  işləyirik və qısa zamanda uğurlarımızı sizinlə bölüşəcəyik. Şübhəsiz ki, bu investorları Azərbaycana yönəltmək üçün ölkəmizin  müvafiq qurumları ilə məsləhətləşərək, onların dəstək və koordinasiyasına ehtiyacımız olacaq”.
F.Mustafayev əlavə edib ki, ümumiyyətlə canlı yayımlanan verliş çox uğurlu keçdi: “Növbəti verilişdə biz, Madrid şəhərində İspaniyanın rəsmi dövlət kanallarından birinin qonağı olacağıq. Burada da mövzü investorların Azərbaycana yönəldilməsi olacaq”.
шаблоны для dle 11.2
Tarix: 6-02-2021, 13:13







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?