
Bəyanatda bildirilir ki, xaricdə, o cümlədən Misirdə yaşayan azərbaycanlılar həmin ölkələrin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər. Həmçinin diqqətə çatdırılır ki, keçmiş sovet respublikaları arasında İslam Əməkdaşlıq Təşkilatına qoşulan ilk dövlətlərdən biri olan Azərbaycan Respublikası ərəb və İslam dünyası ilə əlaqələrin möhkəmlənməsinə xüsusi diqqət yetirir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasında 155 dövlət tərəfindən dəstəklənməsi, habelə Qoşulmama Hərəkatına sədrlik etməsi və onun Zirvə görüşünü keçirməsi Azərbaycanın hər il artan beynəlxalq nüfuzunun təzahürüdür.
Tarix: 14-01-2021, 23:21

Digər xəbərlər
Xocalı soyqırımı ilə bağlı Polşada silsilə tədbirlər keçirilib
Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə Kazanda "Xatirə günü" keçirilib
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Xocalı faciəsində dair “Mələklərin soyqırımı” adlı poema Azərbaycan və Özbək dilində çap olundu