
A.Əsgərli Azərbaycanın haqlı mövqeyinin dəstəklədiyini, o cümlədən, bu ilin sentyabrın 27-də Ermənistan tərəfindən ölkəmizə qarşı aqressiya siyasəti və Azərbaycanın əks-həmlə əməliyyatı barədə QH-nın obyektiv bəyanatı və bu müddətdə BMT-də Azərbaycana qarşı ədalətsiz qərar layihəsinin qəbul edilməməsi istiqamətində platformanın üzv ölkələrinin qəti və inamlı addımlarını hökumətimiz kimi QHT-lərin də yüksək qiymətləndirdiyini vurğuldı.
Natiq ADTGT-nin təşəbbüsü olaraq, QH çərçivəsində QHT-lərin geniş əməkdaşlıq və tərəfdaşlıq şəbəkəsinin qurulması, platformanın 60 illiyində - 2021-ci ildə quruma sədrlik edən ölkə kimi Azərbaycanda QH ölkələri QHT-lərinin I Forumunun keçirilməsi və Qoşulmama Hərəkatı QHT-ı Platformasının təsis olunması və davamlı fəaliyyəti təkliflərini irəli sürdü və videokonfrans iştirakçılarını bu məsələlərə münasibət bildirməsini istədi.
Sonra İordaniya, Oman, Tunis, Belarus, Bosniya və Hersoqovina, Tacikistan, Ukrayna, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Mərakeş, İndoneziya, Küveyt, Malayziya, Fələstin, Kamerun, Keniya və Azərbaycandan olan QHT rəhbərləri çıxış edərək, QH çərçivəsində QHT-lərin birgə əməkdaşlığının, təcrübə-informasiya mübadiləsinin, bilik və bacarıqların öyrənilməsinin və çoxtərəfli layihə və proqramların həyata keçirilməsinin aktuallığını və vacibliyini qeyd etdilər və bu sahədə Azərbaycanın və ADTGT-nin konkret təklif və təşəbbüsünü yüksək qiymətləndirdilər.
Tədbirin sonunda QH çərçivəsində QHT-lərin şəbəkənin qurulması, requlyar fəaliyyəti sahəsində ADTGT-nin real addımlara başlaması və gələcək əməkdaşlıq istiqamətində təkliflər hazırlayıb müzakirə üçün şəbəkə üzvləri ilə paylaşması məqsədəuyğun hesab edildi.

Tarix: 26-11-2020, 01:22

Digər xəbərlər
Norveçdəki Azərbaycan diasporu ermənilərin qarayaxma kampaniyası ilə mübarizə aparır
Azərbaycanın dövlət bayrağı yenidən Krasnoyarsk aeroportunda dalğalanır
Ermənistan diaspor dayağını necə itirib?