Könüllülüklə bağlı onlayn beynəlxalq panel müzakirəsi təşkil olundu A- / A+

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən icra olunan “Gənclərin könüllülük imkanları: milli ənənələr və beynəlxalq təcrübə” adlı layihə çərçivəsində I onlayn panel müzakirəsi təşkil olundu.Cari ilin sentyabrın 23-də keçirilən Beynəlxalq Gənclər Forumunun plenar açılışından sonra proqrama uyğun təşkil olunan ilk virtual tədbir “Könüllülük hərəkatı və mədəniyyətinin formalaşması: beynəlxalq təcrübə” adlanan panelə 10 ölkədən 60 gənc lider qatılmışdı.

ADTGT sədri Asif Əsgərli qısa salamlama çıxışı ilə onlayn panel iştirakçılarını mövzular ətrafında maraqlı və interaktiv müzakirələrə dəvət etdi və 2021-ci ilin əvvəlində Azərbaycanda xarici və yerli gənc liderlərin iştirakı ilə oflayn beynəlxalq gənclər tədbirləri təşkil edəcəklərini vurğuladı.
Türkiyədən olan Erasmus layihələr koordinatoru Erdem Gulerin moderatorluğu ilə keçən onlayn tədbirdə Çex Respublikası, Rusiya, Sloveniya, Ukrayna, Rumıniya və Azərbaycandan olan gənc liderlər mövzu ətrafında təqdimatlarla çıxış etdilər.
Əcnəbi və milli iştirakçılarının sual və təklifləri ilə yekunlaşan onlayn tədbirin davamlı olaraq 5 panel müzakirəsi ilə davam edəcəyi bildirildi və 2-ci  mövzunun Azərbaycan gənclərinin könüllülük modeli və təcrübəsinə həsr olunduğu qeyd olundu.
Layihənin məqsədi ölkə Prezidentinin 2020-ci il “Könüllülər İli” barədə sərəncamına və çağırışına ictimai dəstək olaraq, gənclər arasında könüllülük mədəniyyətini şaxələndirməyə, gənclərin könüllülük sahəsində imkan və təşəbbüslərini artırmağa və gənclərimizin həyat tərzinə çevrilən könüllülük fəaliyyətində beynəlxalq təcrübənin tətbiqinə və Azərbaycan modeli ilə qarşılıqlı mübadiləsinin aparılmasına təkan verməkdir.шаблоны для dle 11.2
Tarix: 21-11-2020, 13:32







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?