Bu bayraq müstəqil olandan bəri heç belə qürurlanmamışdı A- / A+



 Hər kəs bir cür görər baxdığını. Hər kəs bir cür baxar gördüyünə. Hər kəs görməz baxdığını. Hər kəsin fikrinə hörmətim var. Hər kəsin azad düşünmək, azad söz söyləmək hüququ var. Lakin, elə şeylər var ki, onlar müqəddəsdir - Qələbə kimi! Qan bahasına əldə edilir, can bahasına əldə edilir! Belə müqəddəs anlayışlara kinə qapılaraq haqsız yanaşmaq olmaz.  Bu gün müzəffər Azərbaycan ordusu qələbə qazanıb, özü də möhtəşəm qələbə. O qələbə ki, biz, 30 il yox, bir xalq olaraq, 30 illər öncə bu qələbənin arzusundaydıq. Məğlub xalq idik. Gözükölgəli xalq idi. Başı aşağı xalq idik. Öz soyumuzdan, keçmişimizdən üz döndərmiş kimi görünən bir xalq idik. Bu xalqın şairləri od püskürürdü. Öz xalqını tənqid edirdi. Onu yatmaqda günahlandırırdı. Nəhayət ki o haray eşidildi. Nəhayət ki bu xalq oyandı. Cümhuriyyət olandan, müstəqil dövlət olandan bəri oyanmadığı kimi oyandı, hayqırmadığı kimi hayqırdı.

 İtirilmiş torpaq! İtirilmiş qeyrət! Özümüz-özümüzün gözündən düşmüşdük! Millət olmağımıza şək-şübhə yaranmışdı içimizdə! Amma, bu gün! Bu gün biz, artıq başqa millətik! Öz soyuna boylanan, öz kökü üstündə bitən millətik! Artıq bizim torpağımız işğal altında deyil! Artıq bizim soydaşımız öz vətənində qaçqın deyil! Artıq üçrəngli bayrağımız 26 sentyabrdakı kimi dalğalanmır! Bir gün sonra anladı bayraqlığını! 27 sentyabrdan ard-arda hər gün bir işağl olunmuş kəndinə, qəsəbəsinə, şəhərinə sancıldı bu bayraq! Bu bayraq müstəqil olandan bəri heç belə qürurlanmamışdı. Bu bayrağı uca tutanlar var olsunlar. Bu torpaqda hər zaman aslan kimi oğullar olub. Bu aslanları oyatmaq lazım idi. Tək bir əmr yetdi onları oyatmağa, səfərbər etməyə. Hissə qapılmadan, siyasətlə, təmkinlə ordunu gücləndirən, hərb üçün aslanlar yetişdirən Ali Baş Komandana təşəkkürlər!

 Bu gün düşmən pərakəndədir öz ölkəsində. Dərbədərdir öz yurdunda (özgə yurdunda - red.). Amma, biz! Biz, qalibiyyət sevincini yaşayırıq! Biz, zəfər fərəhindən bihuş oluruq! Necə böyük bir həzz imiş qalib olmaq, İlahi! Necə böyük yük imiş məğlubiyyət yükü, Allah.

 10 NOYABR! O səhər yaşarmayan gözlər kor olsun! Şuşa sevincinin ardından düşmənin məğlub olaraq, sənədə imza atması məcburiyyətində qalmasını eşitmək nə böyük bir zövq imiş, Allah! Məğlub olanda da kişi kimi məğlub olasan gərək! Bunu da bacarmadı mənfur düşmən! Kamera qarşısında atmadı imzasını! Üzünü gizlədən toyuq oğrusu kimi üzünü gizlətdi torpaq oğrusu! Haqq nazilər, üzülməz! Üzülmədik, çox şükür! Haqqımız uğrunda ürəklə, cəsarətlə savaşdıq! Sevinə-sevinə şəhid oldu şəhidim. "Uf"demədən yaralandı şahidim! Torpaq şərəf duydu!

Bu gün Şuşaya Füzulidən yol, düşmənin ürəyinə dağ çəkilir. Füzulidən Şuşaya çəkilən bu yol sadəcə bir yol deyil, o yol həm də ürəyimizdən keçən damardır. O damar ki, qələbə sevincindən coşan qanımızı hər bir hüceyrəmizə daşıyır.

Bu səfər İslamın səfəridir. Bu zəfər İslamın zəfəridir. Müsəlman dünyasının problemini həll edən yoxdur, xaosunu nizama salan yoxdur. Amma, biz, bir müsəlman dövləti olaraq, tarixə imzamızı atdıq, çox şükür. Bizim bu tarixi qələbəmizi qəbul edə bilməyən xarici qüvvələrə qarşı, biz, bundan sonra da bir bayraq altında birləşməliyik. Onlar bizim birliyimizi qəbul etməyəcəklər, biz də birliyimizdən vaz keçməyəcəyik. Siyasətdən, ideologiyadan, dünyanın idarə edilməsindən anlayışı olan bir adam kimi deyirəm, zəfərə şübhəniz olmasın. Bu coğrafi ərazidə biz bu qələbəni qazandıqsa, ümidsiz olmaq bizə heç yaraşmaz. Hz. Məhəmməd peyğəmbər (s.ə.v) buyurduğu kimi: "Müsəlman ümidsiz olmaz".

Zəfərimiz mübarək! ALLAH birliyimizi daim var etsin! Amin!

Yusif Nazim Ərəbsoyшаблоны для dle 11.2
Tarix: 20-11-2020, 18:42







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?