"Doğma vətənimizi tanıtmaqdan qürur duyuruq" A- / A+
Xaricdə müvəffəqiyyət qazanan və ölkəmizi layiqli şəkildə təmisl edən hər bir azərbaycanlı xalqımızın fəxridir. Öz uğurları və kreativ layihələrilə digərlərinə sevinc bəxş edən soydaşlarımız böyük azərbaycançılıq nümunəsi göstərmiş olurlar. Bu baxımdan “SDI Group” şirkətinin rəhbəri, vətənpərvər soydaşımız İlqar Hacıyevin fəaliyyəti, icra etdiyi layihələr təqdirəlayiqdir. Xatırladaq ki, Hacıyev İlqar Əlləz oğlu 03.07.1973-cü ildə Gürcüstanda anadan olub. On yeddi yaşında məktəbi bitirəndən sonra o, bizneslə məşğul olmaq qərarına gəlib. 25 ildən artıqdır ki, tikinti biznesi sahəsində çalışır. Amma bununla yanaşı, Azərbaycanı və azərbaycançılığı da təbliğ edir. 2005-2009-cu illər ərzində ölkəmizdə fəaliyyət göstərən və qısa müddətdən sonra Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan, Türkiyə, Əfqanıstan kimi ölkələrdə də beynəlxalq əhəmiyyətli infrastruktur layihələri yerinə yetirən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbəri olub. 2011-ci ildən etibarən sahibi olduğu “SDI Group” Rusiya Federasiyasında fəaliyyət göstərir. Şirkət qısa müddətdə bir sıra böyük layihələrə imza atıb. Şirkət tərəfindən Moskvada və Moskva vilayətində 50-dən çox infrastruktur obyekti tikilib. Ümumilikdə, Qrupun şirkətlərinin Rusiyadakı işi dövründə 8 milyard rublluq dövlət podratı yerinə yetirilib. İlqar Hacıyev Rusiyada və ümumiyyətlə, beynəlxalq məkanda bacarıqlı və məsuliyyətli iş adamı kimi tanınıb. Hazırda İsveçrədə yaşayır. Ailəlidir, dörd övladı var.“Biz atdığımız hər bir addımda Azərbaycanı düşünürük”
İlqar Hacıyev hesab edir ki, Prezident İlham Əliyevin doğma Azərbaycanımızın inkişafı üçün durmadan apardığı davamlı daxili və xarici siyasət sayəsində ölkəmiz beynəlxalq aləmdə mövqeyini yüksək dərəcədə gücləndirə bilib: “Artıq dünyada böyük nüfuza, rəqbətə malik olan ölkəmizə etibarlı tərəfdaş kimi baxılır. Ölkə başçısının apardığı hərtərəfli fəaliyyətin nəticəsidir ki, bu gün mən və mənim kimi minlərlə iş adamları ölkəmizlə yanaşı, xarici ölkələrdə də həyata keçirilən layihələrdə fəal iştirak edir, müxtəlif sahələrə sərmayə yatırır, minlərlə insanları işlə təmin edir və ən əsası xaricdə etibarlı tərəfdaş kimi tanınırıq. Biz atdığımız hər bir addımda Azərbaycanı düşünür və doğma vətənimizi tanıtmaqdan qürur duyuruq. Prezidentin çağırışlarını rəhbər tutaraq Azərbaycanı xaricdə layiqincə təmsil edirəm. Mən öz işimi uzun illər ərzində vicdanla, kontragentlər, öz təşkilatlarımın əməkdaşları, həmçinin sıravi istehlakçılar qarşısında vəzifələrimi icra etməklə qurmuşam”.
“Dünya azərbaycanlılarını Prezidentin ərafında sıx birləməyə çağırıram”
İlqar Hacıyev bildirib ki, icraçısı olduğu layihələrin təməlqoyma və açılış mərasimlərində Prezidentin iştirakı və verdiyi tövsiyələr daim yaddaşındadır: “İş adamlarını ölkədən kənarda da investisiya yatıraraq fəaliyyət göstərməyə həvəsləndirən əsas səbəb Prezident İlham Əliyevin xaricdə fəaliyyət göstərərək ölkəmizə daha çox gərəkli ola bilməmizlə bağlı verdiyi mesajlar oldu. Azərbaycan dövlətinin beynəlxalq səviyyədə imicini zərbə altında qoymamaq üçün fəaliyyətimizi daim yerli normativlər, qanunvericilik bazasının tələbləri və beynəlxalq standartlara uyğun olaraq aparmışıq. Bütün hallarda azərbaycançılığıq qorumuşuq. Qarşıya qouduğumuz əsas məqsədlərdən biri də xaricdə iş görərkən əsas tərəf müqabillərimizi məhz həmvətənlərimiz olan Azərbaycan vətəndaşlarından seçməmiz olub. Biz hər zaman Azərbaycan diasporu ilə çox sıx təmasdayıq. Yüzlərlə Azərbaycan vətəndaşının da çalışdığı “SDI Group”, eyni zamanda milli diaspora xidmət edir”.
İlqar Hacıyev deyib ki, onun üçün vətənpərvərlik borcu şəxsi mənfəətdən daha üstündür: “27 sentyabrdan Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonanı və ətraf şəhərlərimizi artilleriya atəşə tutması məni də narahat edir. Amma buna baxmayaraq rəşadətli Azərbaycan Ordusu erməni təxribatçılarını susdurublar. Prezidentimizin son günlər hər xalqa müraciətində işğaldan azad olunan torpaqlarımızın adını çəkməsi qəlbimizi fərəhləndirir. Bütün dünya azərbaycanlılarını Prezidentin ərafında sıx birləməyə çaığırıram. Bir iş adamı olaraq Azərbaycana, Milli Ordumuza dəstək verməyə hər zaman hazıram. Prezident İlham Əliyev bir daha beynəlxalq aləmə sübut etdi ki, Azərbaycan dövləti bu torpaqların sahibidir. Şükürlər olsun ki, Prezidentin qətiyyəti və Milli Ordumuz sayəsində bu müqəddəs savaşda Azərbaycan qalib gəldi.”
İlqar Hacıyev qeyd edib ki, azərbaycançılıq ideyası daimi gündəmdə saxlanılmalıdır: “Bu istiqamətdə görüləcək işlər gələcəyə hədəflənməlidir. Dünya azərbaycanlılarının milli və ideoloji birliyi üçün onlara azərbaycançılıq ideyalarının aşılanması, eyni zamanda soydaşlarımızın azərbaycançılıq ideyalarının təbliği işinə təşviq edilməsi mühüm bir təşəbbüsdür. Vətəndaş cəmiyyəti institutları bu sahədə fəal olmalıdır”.шаблоны для dle 11.2
Tarix: 17-11-2020, 21:06







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?