Eldar Mirzəliyev: "Çox xoşbəxtdik ki, möhtəşəm qələbəyə şahidlik edik" A- / A+
          27 sentyabr tarixindən başlayan II Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Azərbaycan ordusunun qəhrəmanlığı,  xalqımızın birliyi, nümayiş etdiyi həmrəylik bu qələbinin əsasını qoydu. Şəhidlərimizin canı, qanı hesabına Qarabağımız qarış – qarış düşmən əsarətindən xilas edildi. Bu gün artıq o, azaddır !            Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun qazandığı qələbə tariximizə qızıl hərflərlə yazıldı. Xalqımızın 30 illik həsrətinə son qoyan bu möhtəşəm  tarixi biz əzmlə, səbrlə gözləyirdik. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu daxili və xarici siyasəti uğurla davam etdirən layiqli lider Azərbaycanı günü – gündən inkişafa apararaq güclü bir dövlətə çevirdi. İkili standartlara, beynəlxalq ədalətsizliyə, təzyiqlərə baxmayaraq öz iradəsini və əzmini nümayiş etdirən cənab İlham Əliyev verdiyi sözləri əməlləri ilə təsdiq etdi. Azərbaycanın heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacağını, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyini,  son qarış torpağını işğaldan azad edənə qədər vətən müharibəsini davam etdirəcəyini həm döyüş  meydanında, həm də danışıqlar masasında bir daha dünyaya sübut etdi.
            44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr və Qarabağımızın tacı olan Şuşa şəhəri ordumuzun döyüş meydanındakı şücaəti nəticəsində işğaldan azad edildi. Ölkə başçısı cənab İlham Əliyevin siyasi arenada nümayiş etdirdiyi uğurlu diplomatika isə şanlı qələbəmizin son nöqtəsini qoydu. Azərbaycan hər bir platformada öz gücünü göstərdi.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında bəyanat imzalandı. Bu bəyanat Azərbaycan dövlətinin şanlı qələbəsi, Ermənistan üçün isə hərbi kapitulyasiya demək idi. Bütün cəbhələrdə məğlub olan Ermənistan bu sənədin imzalanmasına faktiki olaraq məcbur edildi.
Bu bəyanat 30 ilə yaxındır davam edən işğala son qoyaraq, hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən geri qaytarmağa imkan verdi. Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə öz əksini tapdı.
Vətən müharibəsinə qədərki dövrdə danışıqlar zamanı Dağlıq Qarabağa ən yüksək statusun verilməsi nəzərdə tutulurdusa da, bu gün hər hansı bir status verilməsindən söhbət gedə bilməz. Sənədə əsasən bütün ərazilər tam olaraq Azərbaycanın nəzarəti altına keçdi və bundan sonra burada Azərbaycanın qanunları işləyəcəkdir. Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımız geri dönəcək, Azərbaycan vətəndaşlığı olan hər kəs burada yaşaya biləcəkdir.
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarəti isə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz, yəni Rusiya və Türkiyə hərbçiləri həyata keçirəcək. Nəzərə alsaq ki, müharibənin gedişatı zamanı 3 dəfə razılaşdırılmış humanitar atəşkəsi pozan Ermənisan tərəfi döyüş bölgəsndən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər, digər şəhər və kəndələrimizdə yaşayan dinc əhalini atəşə tutaraq hərbi cinayət törətmişdir. Bu səbəbdən də müvəqqəti olaraq atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin bölgədə yerləşdirilməsi labüddür. Azərbaycan dövlət sərhədlərini isə hər zaman olduğu kimi Azərbaycan ordusu, Dövlət Sərhəd Xidməti qoruyacaqdır.
Çox təəssüf olsun ki, müharibə dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləməyən, haqq səsimizi, erməni vandalizmini, erməni terrorunu Beynəlxalq Hüquq Təşkilatları qarşısında qaldırmayan qaçıb gizlənmiş qruplar yenidən görünməyə başlayıblar. Şanlı qələbəmizi gözdən salmaq üçün öz ermənipərəst havadarlarının tapşırıqlarını yerinə yetirmək üçün iş başına keçiblər. Lakin xalq və dövlət arasında olan birlik və bərabərlik sarsılmazdır, heç bir qüvvə təsir edə bilməz. Bu günlər ərzində hər birimiz bunun bir daha şahidi olduq !
Şanlı qələbəmiz Azərbaycan və onun xalqı haqqında çox fikirləri dəyişdi. Ümummilli lider Heydər Əliyevin başladığı, cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının bu günlər üçün olduğu isbat olundu.
Bu siyasət sabah da davam edəcək, dağıdılmış ərazilər yenidən qurulacaq, dəymiş ziyan ardan qaldırılacaq, tarixi abidələrimiz bərpa olunaraq Qarabağ yenidən öz füsünkar görkəminə qayıdacaqdır. Yaralı əsgər və zabitlərimiz sağalaraq öz normal həyatlarına dönəcəklər. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin adları əbədiləşdiriləcək, qəhrəmanlıq göstərmiş hərbiçilərimiz təltif olunacaqdır. Azərbaycanın haqq mübarizəsinə kölgə salanlar, bu mübarizədə yanında olmayanlar da öz cəzasını mütləq alacaqdır!
Vətən müharibəsində öz qanı, canı bahasına torpaqlarımızı qoruyan şəhidlərimizin qarşısında hamılıqla baş əyirik !
Yaşasın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!
Suraxanı rayonu  Qaraçuxur Bələdiyyəsinin üzvü,
Hüquq Məsələləri Daimi Komissiyasının sədri 
Eldar Mirzəliyevшаблоны для dle 11.2
Tarix: 15-11-2020, 22:48







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?