“Prezident Azərbaycan xalqını bir yumruq kimi birləşdirib” A- / A+
Ramin Əhmədov: “Bu əbədi olaraq xalqımızın mübarizə rəmzi olacaq”

Bu gün Azərbaycan tarixinin ən parlaq səhifələri yazılır. Ölkəmizin üzərində səadət günəşi doğur. 30 ildir həsrətini çəkdiyimiz doğma torpaqlarımız bir-birinin ardınca işğaldan azad olunur. Qüdrətli Azərbaycan ordusu xəyallarımızı, arzularımızı taleyimizə yazır. Bu gün bütün dünya heyranlıqla Azərbaycana tamaşa edir. Bu gün dünya həm də qalib sərkərdəmizin, dövlətimizin başçısının sınmaz qətiyyətindən, dəmir iradəsindən, xalqını yumruq kimi birləşdirməsindən danışır.

Hələ çox danışacaqlar, hələ çox qələbələrimizə şahidik edəcəklər. Əminliklə deyirik, bu gün dünyanın heç bir yerində İlham Əliyev kimi ümumxalq sevgisi ilə əhatələnmiş, vətəndaşının 100 faizlik dəstəyi ilə silahlanmış, ölkəsinə, torpağına, sükanı arxasında dayandığı dövlətə canı ilə, varlığı ilə bağlı olduğunu sübut etmiş ikinci bir rəhbər tapmaq mümkün deyil. Allah Prezidentimizə kömək olsun. Allah onu başımızın üstündə həmişə var eləsin. Elə bu arzu ilə də bu gün Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun təşəbbüsü və təşkilatçılığı ilə Prezidentimizin şərəfinə qurbanlar kəsilib. Qoy Ulu Tanrı onu bütün bəlalardan hifz eləsin. Dövlətimiz var olsun. Yaşasın Azərbaycan!

Ramin Əhmədov bildirib ki, Prezident Azərbaycan xalqını bir yumruq kimi birləşdirib: “Cənab Prezident! Sizin qaldırdığınız yumruq əbədi olaraq xalqımızın mübarizə rəmzi olacaq. Sizin yumruğunuz bizi birləşdirdi və bu birlik bizi Qarabağa-Şuşaya apardı. Sağolun, Var olun, hər şeyə görə sizə minnətdarıq”.

Onu da qeyd edək ki, Prezidentimizin şərəfinə kəsilmiş 100 baş qoyun qurbanı Nizami rayonu ərazisindən müharibəyə yollanmış əsgər və zabitlərimiz eləcə də torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman qardaşlarımızın ailələrinə paylanılacaq.шаблоны для dle 11.2
Tarix: 10-11-2020, 19:49







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?