Missiya Media Qrupu 200-dən çox hərbi qulluqçunun ailəsini ziyarət edib A- / A+



Missiya Media Qrupu Vətən Müharibəsi başladığı gündən etibarən Nizami rayonu ərazisində yaşayan və ön cəbhədə döyüşən əsgər ailələrini mütəmadi ziyarət edib. Göstərilən diqqətə görə minnətdarlıq edən ailələr torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan bu mübarizənin hər bir əsgər ailəsi üçün müqəddəs amal olduğunu qeyd ediblər. Düşmənin gözünə dik baxıb, xalqına qələbələr yaşadan Azərbaycan əsgəri ilə qürur duyduqlarını bildiriblər.
Qeyd edək ki, aksiya Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov tərəfindən təşkil olunub. Bu vaxta Nizami rayonu ərazisindən cəbhəyə yollanmış 200-dən çox hərbi qulluqçunun ailəsi ziyarət olunub.
Hərbi qulluqçuların ailələrinə dəstək məqsədi ilə təşkil olunan aksiyanın müharibə başa çatana qədər davam edəcəyini bildirən Ramin Əhmədov deyib ki, Azərbaycan ordusunun ön cəbhədə düşmənlə üz-üzə dayanan hər bir əsgərini ruhlandırmaq hamımızın borcudur: “Əsgər geridə qoyub getdiyi ailəsindən nigaran qalmamalıdır. Bunun üçün Missiya Media Qrupu olaraq arxa cəbhədə səfərbər olub əlimizdən gələni əsirgəmədik”.
шаблоны для dle 11.2
Tarix: 7-11-2020, 21:19







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?