Belarusdakı soydaşlarımız Qarabağa dəstək tədbiri keçiriblər A- / A+

Oktyabrın 19-da Azərbaycanın Belarusdakı səfirliyi qarşısında soydaşlarımız Gəncə faciəsi və ümumiyyətlə, Qarabağa dəstəklə bağlı tədbir keçiriblər. Belarus-Azərbaycan İcmaları Konqresi tərəfindən təşkil edilən tədbirdə soydaşlarımız bu təxribatlarda dünyasını dəyişənləri anaraq xalqımıza başsağlığı veriblər və səfirliyin qarşısında şəhidlərin xatirəsi üçün qurulan yerə ətirli güllər qoyublar. Tədbirdə Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov  və Belarusdakı hərbi attaşemiz Elşən Rəhimov çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan ordusu bizim Ali Baş Komandanımızın rəhbərliyi altında uğurla irəliləyir. Qeyd olunub ki, 30 ilə yaxın işğal altında olan  torpağlarımız düşmən tapdağından azad olunur. "Biz əminik ki, bu yaxınlarda Xankəndi, Şuşada da bizim ordumuz qələbə çalacaq. Gəncə faciəsi ilə bağlı biz millətimizə, vətənimizə başsağlığı bildirdik. Bütün xalqımızı Prezident İlham Əliyevin, Ali Baş Komandanımızın   ətrafında daha da sıx toplanmağa çağırırıq. Belarusdakı azərbaycanlılar da Ali Baş Komandanın siyasətini dəstəkləyir. Düşmən Gəncəni dəfələrlə raket atəşinə məruz qoyub sivil vətəndaşlarımızı şəhid edib. Buna baxmayaraq, bizim xalqımızı, bizim əsgərlərimizi, bizim ölkəmizi heç vaxt qorxuda bilməzlər. Əksinə biz  daha da birləşirik"-deyə çıxışlarda vurğulanıb.
шаблоны для dle 11.2
Tarix: 20-10-2020, 12:31







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?