Samir Abbasovun Ermənistanın işğalçılıq siyasəti və Gəncədə törətdiyi hərbi cinayətə dair müsahibəsi Özbəkistan mətbuatında geniş rezonans yaratdı A- / A+
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun Ermənistanın işğalçılıq siyasəti və Gəncədə törətdiyi hərbi cinayətə dair bu ölkənin aparıcı interpress.uz xəbər portalına özbəkcə, tnews.uz analitik xəbər saytına rus dilində verdiyi müsahibə dərc olunub. Müsahibəni Azərbaycan dilində diqqətinizə təqdim edirik.
Samir Əlihəsən oğlu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixini və səbəbini artıq əksəriyyətimiz bilir. Ermənistan dünya birliyi tərəfindən tanınan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyon azərbaycanlı öz yürdlarından qovulub. BMT-nin işğala son qoyulması və Ermənistanın öz quşunlarının Azərbaycan torpaqlarından çıxarılmasına dair qəbul edilmiş 4 qətnaməsi bugünə qədər təmin edilmir. 30 ildir ki, danışıqlar aparılır və təəssüf ki nəticəsiz. Bütün dünyanı narahat edən bu konfliktin yenidən alovlanmasıdır. Sizcə münaqişənin yenidən qızışmaması, qan tökülməməsi üçün nə etmək olardı?

Məncə sualınızın çox sadə və məntiqi cavabı var. Münaqişənin yenidən qızışmaması, qan tökülməməsi üçün 30 ilə yaxındır ki, işğalı, təcavüzü, etnik təmizləməni aradan qaldırmaq, Ermənistan tərəfindən işğal olunmuş və Azərbaycanın bütün dünya tərəfindən tanınmış 20 faiz ərazisini geri qaytarmaq, bir milyon azərbaycanlının öz vətənini qayıdışını təmin etmək lazımdır.

Münaqişənin həllinə dair əlavə hansı sənədlər imzalanmalıdır ki?

Dünyanın ən ali təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və bu sənədlərdə açıq-aydın münaqişənin həll yolu aydın göstərilib ki, işğalçı qoşunlar Azərbaycan ərazisindən çıxarılsın. Bu sənədə dünyanın çoxsaylı ölkələri səs verib. Hansı ki, Azərbaycan dövlətinin də bu gün tələbi işğalçı qoşunların bu ərazidən çıxarılmasıdır.
Bildiyimiz kimi sentyabrın 27-i səhər saat 6 radələrində Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarında yenidən atəşkəsi pozdu. Həm ordumuzun təmas xəttində yerləşən bölmələrinə, həm də dinc əhaliyə qarşı misli görünməmiş hərbi əməliyyatlara start verdi. Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks hücuma keçdi. Hər kəs bunu qəbul edir ki, Azərbaycan tərəfinin öz tarixi torpaqları üzərində suveren hüquqlarını bərpa etmək haqqı var. Bu baxımdan döyüşlərin hər an bərpa oluna biləcəyi istisna edilmirdi. Bu hadisələr ilk növbədə münaqişə zonasına heç bir aidiyyatı olmayan, Ermənistan -Azərbaycan sərhəddində, Ermənilərin cari ilin iyul ayında Tovuz rayonuna təcavüzü ilə başladı. Təbii ki, Azərbaycan ordusu düşmənin bütün hücumlarının qarşısını aldı. Daha sonra Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında fəallaşmağa başladı. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə dünyaya bəyan etdi ki, Ermənistan yenidən münaqişəni alovlandırmaq istəyir, işğal etdiyi Azərbaycan torpaqlarına həm silah-sursat, həm də xarici ölkələrdən muzdli döyüşçülər, xüsusi terrorçular gətirir. Bizim əlimizdə kəşfiyyat məlumatları var idi ki, Ermənistanın bütün bu hərəkətləri barədə.
30 ildir ki, bir milyon insanımızın köçkün olmasına baxmayaraq, Azərbaycan daim münaqişənin sülh yolu ilə həllini üstün tutub, aparılan sülh danışıqlarına sadiq olub.
Baxmayaraq ki, müharibə nəticəsində Azərbaycana vurulan ziyan ölçüyəgəlməzdir. Azərbaycanın Qarabağ vilayəti və onun ətrafındakı 7 rayon Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub.
Azərbaycan torpaqlarının yüzdə 20 faizini işğal edən Ermənistan silahlı birləşmələri də sözün əsl mənasında bu ərazilərdə əsl vandalizm və barbarlıq həyata keçiriblər. Azərbaycan əhalisinin 10 nəfərindən 1-i qaçqındır. Bu insanların bütün hüquqları pozulub, həyatları alt üst olub. Bir milyon insan öz vətənlərini qayıtdıqları günü gözləyir. Ermənistan ordusu və onların Azərbaycanın işğal olunmuş torpaqlarında yaratdıqları oyuncaq “separatçı” qurum müsəlman mədəni mirasını və Azərbaycan xalqının yüz illər boyu yaratdığı tarixi abidələri məhv edir, onların saxtalaşdırır. Biz II dünya müharibəsindən sonra inanmırdıq ki, Stalinqrad və digər dağıdılan şəhərlər kimi müasir dövrümüzdə bu cür hallar baş versin. Amma Azərbaycan ordusunun işğaldan azad etdiyi görüntüləri biz izləyəndə dəhşətə gəldik ki, Ermənistan bu qədərə barbar dövlətdir ki, bütün şəhərləri məhv edib. Azərbaycanın Ağdam şəhəri artıq xəyalət şəhərini xatırladır. Stalinqraddan heç də fərqlənmir.


Biz bilirik ki, 13 günlük hərbi əməliyyatların dayandırılması ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri, əsasən də Rusiyanın təşəbbüsü ilə Moskvada razılıq əldə olundu. Bu razılıq özündə nəyi ehtiva edir?

Azərbaycan tərəfi bununla bağlı bəyan etdi. Moskvada imzalanan sənəddə humanitar atəşkəs elan olunmuş, tərəflər arasında atəşkəs təmin edildikdən sonra dərhal baza prinsiplər üzərində substantiv danışıqların aparılması razılaşdırılıb. Bu, o prinsiplərdir ki, Ermənistan tərəfi son 1 ildə bunları rədd edir. Eyni zamanda, son vaxtlar yeni şərtlər irəli sürürdü və s. Onların arasında ən qıcıq yaradan Azərbaycanın artıq Ermənistanla deyil, dırnaqarası qurumla – “Dağlıq Qarabağ Respublikası” ilə danışıqların aparılması iddiası idi. Bu sənəddə də qeyd olundu ki, danışıqlar prosesinin formatı dəyişməz qalır. Bu, o deməkdir ki, burada tərəflər Azərbaycan və Ermənistandır”.
Azərbaycan tərəfi bəyan etdi ki, Ermənistan tərəfindən hər hansı ciddi addımlar atılmasa, hərbi əməliyyatlar yenidən bərpa oluna bilər. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, baxmayaraq ki, razılıqda 10 oktyabr saat 12:00-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan tərəfi yenə buna əməl etmir: “Hazırda da Ermənistan tərəfi döyüşləri davam etdirir.
Zatən, əvvəldən də gözlənilirdi ki, ermənilər Moskva danışıqlarına, orda elan edilən humanitar atəşkəsə riayət etmək niyyətində deyillər.
Atəşkəs Moskvada imzalandı, amma biz 10 oktyabr səhəri böyük bir dəhşətli faciə xəbəri ilə açdıq. Ermənistan silahlı qüvvələri Ermənistan ərazisindən Azərbaycanın 2-ci böyük şəhəri, mədəniyyət mərkəzi Gəncəyə dinc əhaliyə gecə saat 2-də güclü zərbələri endirdi. 10 dinc sakinin ölümünə səbəb olan raket hücumu ilə 34 nəfərin yaralandı, böyük yaşayış binaları dağıdıldı. Nəticədə nə qədər körpə uşaqlar, qadınlar yaranandılar, dünyalarını itirdilər.
“Bu, Ermənistanla atəşkəs razılaşmasından bir gün sonra sadəcə öhdəliklərin kobud şəkildə pozulması deyil, həm hərbi cinayət, həm də beynəlxalq terror aktıdır. Təsəvvür edin ki, Gəncə döyüş əməliyyatları gedən ərazidən 100 km məsafədə yerləşir və Gəncənin bu münaqişə bölgəsinə heç bir aidiyyəti yoxdur.
“Şübhəsiz, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın ikinci böyük şəhərinin məhz yaşayış yerlərinə zərbə vurmaq niyyətində olub. Azərbaycanla imzalanan atəşkəs razılaşmasını məhz Yerevan məhv etdi – həyasızcasına Azərbaycanın dinc əhalisinə qəsdən hücumlar etdi.
Oktyabrın 11-də raket zərbəsi ilə Gəncə şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən vandalizm aktını Ermənistan rəhbərliyinin növbəti müharibə cinayəti kimi dəyərləndiririk və hesab edirik ki, Gəncədə mülki yaşayış evlərinin ballistik raketlə vurulması Xocalı soyqırımının növbəti qanlı səhifəsidir. Bu cinayətə göz yummaq Ermənistanın müharibə cinayətlərinə şərik olmaq deməkdir.

Əks cavablar nəticəsində Azərbaycan ordusu hücuma keçərək bir sıra əraziləri geri qaytardı. Bu ərazilərlə bağlı vəziyyət necə olacaq?

2016-cı ilin aprelində Ermənistan ordusunun hücumuna cavab olaraq Azərbaycan bir sıra əraziləri geri qaytardı. O, zaman azad olunan əraziləri də biz yüksək səviyyədə bərpa etdik və o ərazinin sahiblərini öz evlərinə köçməyi təşkil etdik. İndi bu yaşayış məntəqələri öz infrastrukturu ilə daha fərqlənir.
Son hərbi əməliyyatlar nəticəsində Ermənistan ordusunun 27 ildir işğal altında saxladığı Azərbaycanın Cəbrayıl rayonu, Füzuli rayonunun əsas hissəsini, Hadrut qəsəbəsi, Tərtər rayonunun isə Suqovuşan, Talış, Çaylı və Qarabağ bölgəsinin şimalında yerləşən strateji əhəmiyyətli Murov dağını azad etdik.
Siz 30 ildən sonra öz torpaqlarına qayıdacaq sakinlərinin sevincini təsəvvür edə bilərsiniz. Budur, azad edilmiş ərazilərdən çəkilmiş videokadrları nümayiş etdiririk. Onlardan çoxunu mən şəxsən tanıyıram, vətən həsrəti ilə dünyadan köçdülər, bu günləri görmədilər. İnsanlar dünyadan köçəndə də vəsiyyət edirdilər ki, torpaqlar azad ediləndən sonra onları öz ata-baba yurdlarında dəfn etsinlər. Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi rayonlarda əhalinin 95 faizi azərbaycanlılar olub. Əvvəlcə bəyan edirdilər ki, biz bu əraziləri ona görə zəbt etmişik ki, buranı təhlükəsizlik zonası kimi istifadə edək. Onlar bizim insanların hüquqlarını heç saydılar. Hər şeyi məhv etdilər, dağıtdılar. Dağıdılmayanların isə hamısı oğurlanıb, qarət edilib. Başa düşürsünüzmü, onlar hətta pəncərə çərçivələrini də, unitazları da oğurlayıblar. Bu, sadəcə, dövlət siyasəti dərəcəsinə çatdırılmış quldurluqdur. Ona görə də biz bu əraziləri bərpa edəcəyik.

Samir müəllim, Azərbaycanın bundan sonrakı addımları nədən ibarət olacaq? Bu atəşkəs nə qədər sürə bilər, yaxud əvvəlki atəşkəs kimi münaqişənin dondurulmasına xidmət etməyəcək ki?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında ölkəmizin mövqeyini açıq ifadə etdi. Prezident qeyd etdi ki, son 30 ilə yaxın müddətdə bu qədər genişmiqyaslı hərbi əməliyyatlar olmayıb. Buna görə hər şey erməni tərəfindən asılı olacaq. Əvvələn, o, atəşkəsə riayət edəcəkmi? Təbii ki, artıq məlumatlar var ki, erməni tərəfi həmişəki kimi bu atəşkəsə əməl etmir. Ölkə başçısı İlham Əliyev qeyd etdi ki, biz danışıqlar masası arxasında Ermənistan tərəfindən konstruktiv yanaşma görməliyik, yəqin etməliyik ki, onlar danışıqlar prosesini imitasiya etmək cəhdlərindən əl çəkiblər, təhrikçi əməllərdən, bəyanatlardan çəkiniblər və nizamlama yolunun tapılması məqsədinə sadiqdirlər. Son bir il ərzində erməni tərəfindən gördüklərimiz məhz danışıqlar prosesini pozmağa və məsuliyyəti Azərbaycanın üzərinə qoymağa yönəlmişdi. Buna görə də baxarıq, biz öz bəyanatlarımıza sadiqik, Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri həmişə yerinə yetirən ölkədir. O vurğulayıb ki, bizim imzamız da sözümüz kimi əhəmiyyətlidir. Lakin atəşkəs birtərəfli proses deyil və biz baxarıq, görək erməni tərəfi özünü necə aparır.
Azərbaycanın mövqeyi dəyişməzdir. Biz hesab edirik ki, bu məsələ tarixi ədalət əsasında həll edilməlidir. Bütün dünya və beynəlxalq təşkilatlar qəbul edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayon Ermənistan tərəfindən zəb edilib. Qarabağ qədim Azərbaycan torpağıdır və bütün tarixi sənədlər, bütün tarixi abidələrimiz bunu göstərir. Ermənistan qoşunları bölgədən çıxarılmalı, iki toplum arasında birgə həyat bərpa edilir, Ermənistan-Azərbaycan arasındakı sərhəd açılır, ticarət başlanır, ondan sonra insanlar bir-biri ilə təmasa girirlər və beləliklə, regiona sülh gəlir. Bu, Azərbaycanın mövqeyidir və bu, beynəlxalq vasitəçilərin, həmsədrlərin də münasibətidir. Ermənistan bunu qəbul etmir. Bundan əlavə Ermənistanın müdafiə naziri bir neçə ay öncə demişdir ki, biz yeni torpaqlar uğrunda yeni müharibəyə başlamalıyıq.
Təsəvvür edin ki, bu gün Ermənistan ərazisinə 1 silah işlədilməyib, bömba düşməyib. Döyüşlər azərbaycan ərazisində gedir. Ziyan çəkən, dağılan evlər, kəndlər, şəhərlər, infrastruktur hamısı Azərbaycana aiddir. Təmas xətti şəhərlərimiz hər gün güclü artilleriya atəşinə tutulur və dağıntılara məruz qalır. Müharibə bütün dəhşətləri ilə bizim ərazimizdə gedir. Azərbaycana Ermənistanın bu təcavüzü nəticəsində 100 milyardlarla ziyan vurulmuşdur və hazırda bu davam edir.
Biz Ermənistanın son razılaşmalara əməl edəcəyinə ümid edirik. Bu bizim haqq işimizdir. Biz öz torpaqlarımız uğrunda sona qədər, son qarşı torpağımızın azad olunana qədər mübarizə aparacağıq. Heç kəsin buna şübhəsi olmasın.


шаблоны для dle 11.2
Tarix: 15-10-2020, 15:32







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?