Özbəkistandakı azərbaycanlı iş adamı Nazim Hüseyn oğlu Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna vəsait köçürüb A- / A+
Sentyabrın 27-dən Ermənistanın silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzə başlaması, Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsi dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırmışdır.Özbəkistanda tanınmış iş adamı Nazim Hüseyn oğlu Azərbaycan ordusunun Vətən torpaqlarının azad edilməsi uğrunda rəşadətlə döyüşən şanlı Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 (on min) manat məbləğində vəsait köçürüb.Nazim Hüseyn oğlu bütün xaricdə yaşayan azərbaycanlıları Azərbaycan xalqının, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək işğal olunmuş torpaqlarımızın azad edilməsinə çağırıb.  O, 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizinin işğalı, bir milyonun insanının öz torpaqlarından qovulmasını beynəlxalq hüququn artıq işləməməsinin, ikiüzlü siyasətinin nəticəsi olduğunu qeyd edib. Nazim Hüseyn oğlu BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamənin isə Ermənistan tərəfindən nəinki icra edilmədiyini, bir kağız parçası olaraq tarixin zibilliyinə atıldığını söyləyib.  
Mən inanıram ki, Azərbaycan ordusu bu qətnamələrin icrasını təmin edəcək, BMT-nin öz sənədlərini necə hörmətlə yanaşmağın vacib olduğunu bütün dünyaya göstərəcək. Dünya Birliyi yalnız ədalətli, torpaqları işğal altında olan, bir milyon insanının öz yurd yerlərinə qayıda bilməyən, bütün hüquqları pozulmuş Azərbaycanın yanında durmağa və təcavüzkara qarşı birləşməyə çağırırıq. Şəhidlərimizə Allahdan rəhmət diləyir, mübarizəmizi sona qədər, son qarış torpağımızın azad olunana qədər aparmağa çağırıram.
Dövlətimizə, xalqımıza bu haqq işində, şərəfli mübarizədə zəfər arzulayır və daim bütün gücümüzlə Azərbaycan dövlətinin, ordusunun yanındayıq. Tanrı xalqımıza bu müqəddəs işdə yardımçı olsun.шаблоны для dle 11.2
Tarix: 9-10-2020, 16:46







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?