Misir mediası məscidlərimizə qarşı edilən hörmətsizliklə bağlı yazı dərc edib A- / A+

Misirin “Sotbaladna” (ölkəmizin səsi) qəzetində,  Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun, Ermistanın Qarabğda məscitləri donuz fermasına çevirdikləri və  Azərbaycanla Ermənistan arasında döyüşlərin səbəbləri barədə verdiyi müsahibə dərc olunub.Müsahibədə Dağlıq Qarabağın mübahisəli ərazi olmadığı, Azərbaycanın bütün dünya tərəfindən qəbul edilmiş hüdudları daxilində əzəli torpağı olduğu diqqətə çatdırılır. Artıq 30 ilə yaxındır ki, Ermənistan Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxlayır. Təcavüzkar ölkə qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə də məhəl qoymur.Seymur Nəsirov vurğulayır ki, dünyanın bir çox dövlətləri, İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla çoxlu sayda beynəlxalq təşkilatlar erməni ordusu tərəfindən Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilmiş Xocalı qətliamını “soyqırımı” kimi tanıyıb. “Müharibə Ermənistan ərazisində getmir və Azərbaycan Ordusu Ermənistan torpaqlarını işğal etməyə çalışmır. Azərbaycanın öz torpaqlarını azad etmək üçün kifayət qədər qüvvəsi olduğu halda o, 1994-cü ildə elan olunan atəşkəs razılaşmasına əməl edib. Tərəflər münaqişənin ATƏT-in Minsk qrupu formatında sülh yolu ilə həlli üzrə razılıq əldə etsələr də, 25 ildən artıq bir müddətdə Ermənistanın heç bir rəhbəri bu istiqamətdə səy göstərməyib. Hətta işğalçı ölkənin baş naziri Paşinyanın hakimiyyətə gəlişindən sonra etdiyi ziddiyyətli çıxışlar və sərhədyanı bölgələrdə yaşayan dinc əhalinin öldürülməsi danışıqlar prosesini tamamilə dayandırıb”, - deyə müsahibədə vurğulanır.
Müsahibənin sonunda Ermənilərin məscidlərimizə qarşı törətdiyi hörmətsizliyə dair fotolar öz əksini tapmışdır.

http://sotbaladna.com/5338/?fbclid=IwAR1ZQDV5gVOYOIaBEhsWlC8CF05eZZnAtQPRAoOZXbBjxH5ylKPiwAImKxYшаблоны для dle 11.2
Tarix: 7-10-2020, 15:50







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?