“Ürəyimiz vətənlə döyünür” A- / A+

Adil Qədiməliyev: “Xaricdə yaşasaq da Vətən yolunda əlimizdən gələni etməyə hər zaman hazırıq”
Xaricdə yaşayan soydaşlarımızın vətən həsrətində olması azərbaycançılıq ideyasına bağlılıq nümunəsidir. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan vətənpərvər soydaşımız, xeyriyyəçi Adil Qədiməliyevin KANAL 5-ə açıqlamasını təqdim edirik.
Xatırladaq ki, Qədiməliyev Adil Hacı oğlu 1968-cı ilin 15 martında Laçın rayonunun Qorçu kəndində andan olub. 1975-1984-cü illərdə Qorçu kənd orta məktəbində təhsil alıb. Sonra öz doğma kəndində Hüsi Hacıyev adına kolxozda çalışıb. 1986-1988-ci illərdə indiki Rusiyanın Çelyabinsk vilayətində hərbi ximdətdə olub. 1989-cu ildə Sankt-Peterburqa gedib. Lakin Dağlıq Qarabağda müharibə başlayanda vətənə qayıdaraq könüllü sürətdə döğma elinin-obasının müdafiəsi uğurunda erməni işğalçılarına qarşı hərbi əməliyyatlarda iştirak edib. Müharibədən sonra yenidən Sankt-Peterburqa qayıdıb. Sankt-Peterburqda A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin Hüquq fakültəsini bitirib. Hazırda biznes sahəsində çalışır və xeyriyyəçilik edir. Adil Qədiməliyev ildə bir neçə dəfə Azərbaycana gəlir, doğmalarına baş çəkir və onlara bacardığı qədər kömək edir. Bununla yanaşı, Azərbaycanın müxtəlif rayonlarında qaçıqın həyatı yaşayan həmkəndlilərinə də yardım edir. Belə ki, 2002-ci ildə Oğuz rayonunun Yaqublu kəndində içməli su boru kəmərinin çəkilməsi üçün maddi yardım göstərib. 2016-cı ildə isə Bərdə rayonunun Berjevan kəndində yol çəkilməsi işlərinə dəstək göstərib.
Pandemiya ilə əlaqədar olaraq, 2020-ci ilin mart ayında Adil Qədiməliyev Azərbaycan gəlib və yüzlərlə aztəminatlı soydaşımız üçün ərzaq yardımı edib. Ailəlidir, 3 (Müqəddəs, Aişə və Nurlan) övladı var.
Adil Qədiməliyev deyib ki, xeyriyyəçilik işini təkcə Azərbaycanda deyil, faktiki yaşadığı Rusiyada da edir: “Xeyriyyəçilik, yardım göstərmək bizim xalqın milli xüsusiyyətlərindəndir. Bu, həm də bir azərbaycaçlıq nümunəsidir. Biz burada soydaşlarımızla yanaşı, yerli xalqa da bacardığımız dəstəyi göstəririk. Xüsusən, pandemiya dövründə Sankt-Peterburqda, ümumiyyətlə, bütün Rusiya ərazisində keçirilən bir çox yardım kampaniyalarında iştirak etdik. Bizim üçün fərqi yoxdur hansı millət olsun, biz içimizdən gələni edirik və bununla xalqımızın adını ucaldırıq. Azərbaycançılıq ideyası bizim milli qürur hissimizdir. Biz bu yardımları edərkən, həqiqətən, qürur hissi keçiririk”.
Adil Qədiməliyev bildirib ki, soydaşlarımızı azərbaycançılıq ideyasının təbliği işinə təşviq etmək üçün xaricdə tez-tez layihələr icra edilməlidir: “Burada yeni nəsil azərbaycanlılar böyüyür. Azərbaycaçılıq ideyası əsasən uşaqlar arasında təbliğ olunmalıdır. Çünki gənc nəsil bu ideologiya haqda kifayət qədər məlumatlı deyil. Onların milli ruhda böyüməsi üçün azərbaycançılıq ideyasına ehtiyacları var. Onlar bizim davamçılarımız olmalıdırlar. Biz öz gələcəyimiz etibarlı, vətənpərvər gənclərə etibar etməliyik”.  
Azərbaycançılığın mühüm bir mövzu olduğunu deyən Adil Qədiməliyev illərdir mütəşəkkil düşmən ordusu ilə üz-üzə qaldığımızı vurğulayıb: “Vətəndə gedən döyüşləri izləyirik. Ürəyimiz vətən, Qarabağ həsrətilə döyünür. Milli Ordumuzun əldə etdiyi uğurlar hər birimizi qürurlandırır. Vətən yolunda əlimizdən gələni etməyə hər zaman hazırıq. Əsgərlərimizə dəstək məqsədilə biz də buradan bacardığımız yardımı göndərmişik. İndiki məqamda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyasına əsaslanaraq həmrəylik nümayiş etdirməsinə ehtiyac duyulur. Bu həmrəylik nə qədər möhkəm olarsa dövlətimiz də bir o qədər güclü olar. Ona görə də azərbaycançılıq ideyasıın təbliğ edilməsi çox vacib və təqdirəlayiqdir”.
Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 5-10-2020, 00:13







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?