“Azərbaycanlıların birliyi hər zaman xalqımızı və dövlətimizi ucaldar” A- / A+
Adil Həsənov: “Dünya azərbaycanlılarını bütöv və hər zaman bir arada edən azərbaycançılıq ideologiyasıdır”
Azərbaycançılıq idelogiyasının güclənməsi dünya azərbaycanlılarının birliyinə xidmət edir. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında müsahibələri davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Dünya Azərbaycanlıları Konqresinin Qazaxıstan üzrə nümayəndəliyinin rəhbəri, fəal diaspor üzvü Adil Həsənovun müsahibəsini təqdim edirik.
Xatırldaq ki, Həsənov Adil İsmayıl oğlu 1970-ci il 19 oktyabrda Laçın rayonunda anadan olub. 1988-ci ildən Qazaxıtanda yaşayır. Gənclik illərindən diaspor fəaliyyəti ilə məşğul olub. Eyni zamanda həvəskar idmançı olub. Qazaxıstanda “Neftçi” futbol komandasını yaradıb. Bununla yanaşı, Qazaxıstanda fəaliyyət göstərən Xəzər Cəmiyyətinin Gənclər şöbəsinin sədri olub. Nur-Otan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.
-Azərbaycançılıq ideologiyasının xalqımız üçün əhəmiyyəti nədən ibarətdir?
-Azərbaycançılıq ideologiyası əhalimizin milli inkişaf yolunun formalaşmasının mərkəzində əvəzolunmaz bir yer tutur. Bu ideologiya xaricdə yaşayan 10 milyon azərbaycanlını və o cümlədən bizləri daima mənəvi cəhətdən vətənimizlə əlaqəli və sıx təmasda saxlayan amillərdəndir. Bütövlükdə xalqımız üçün əhəmiyyəti diqqətdən kənarda qala bilməz. Harada yaşamağımızdan asılı olmayaraq, bütün gücümüz hər zaman millətimizin və ölkəmizin inkişafına sərf edilməlidir və azərbaycançılıq ideologiyasının əsas məqsədi budur. Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkisaf etdirə bilməz. Bu mənada azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevmək, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideyalara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponentidir.
-Azərbaycançılıq ideologiyasını necə gücləndirmək olar?
-Dünya azərbaycanlılarını bütöv və hər zaman bir arada edən azərbaycançılıq ideologiyasıdır. Bizi birləşdirən və əlaqəli saxlayan budur. Hər zaman bir-birimizin yanında olmaq arzusu bu ortaq ideologiyadan irəli gəlir. Ortaq ənənələr, fikirlər, istəklər hamısı bu bir ideologiyada toplanır. Düzü, azərbaycançılıq ideologiyasının gücü sözlə izah edilə bilməz, bu, yalnız hiss olunur. Bu ideologiyanın güclənməsi üçün öncə xaricdəki soydaşlarımızın vətənlə bağlılığı möhkəmlənməlidir. Onların vətənə bağlılığını artırmaq üçün müxtəlif ideloji layihələrin həyata keçilməsi vacib amildir. Vətənə bağlı olmaq, milli idelogiyaya bağlı olmaq deməkdir. Vətən sevgisi ilə böyüyən nəsil harada yaşamasından asılı olmayraq doğma torpağını unuda bilməz. Ən vacib məsələ yetişən nəslin milli düşüncəsinə diqqət etməkdir. Onlar yaşadıqları ölkələrdə assimliyasiya olmadan böyüməlidirlər.
Şəxsən mən bu ideologiyanı gücləndirmək və yaymaq üçün hər zaman əlimdən gələni edirəm və edəcəyəm, çünki bizim, yəni azərbaycanlıların birliyi hər zaman xalqımızı və dövlətimizi ucaldar.
-Qazaxıstanda azərbaycançılığı necə təbliğ edirsiz?
-Qazaxıstanda yaşamağıma baxmayaraq, öncə dilimizi və adət-ənənələrimizi qoruyur və orada böyuyən bütün Azərbaycan gənclərinə azərbaycançılığı çatdırmağa çalışır və Azərbaycanla sıx əlaqədə olmağı təbliğ etmişəm. Milli mətbəximizi yaşadıb və bacardığımız qədər fərqli millətlərə nümayiş etmişik. Qazaxıstanda yaşadığım müddətdə, bütün azərbaycanlıları əməkdaşlığa çağırıb, hər zaman ölkəmizə investisiya qoymaq üçün əlimdən gələni etmişəm.
шаблоны для dle 11.2
Tarix: 7-10-2020, 01:11







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?