Misirdə Azərbaycan diaspora sədrinin bəyanatı dərc olunub A- / A+
Misirdə Azərbaycan diasporunun sədri tədqiqatçı-alim Seymur Nəsirovun Azərbaycanla Ermənistan arasında müharibənin səbəbləri haqqındakı bəyanətı “Vətən Sözü” xəbər saytında dərc olunub.S. Nəsirov bəyanətında müharibənin səbəblərini aşağıdakı şəkildə izah etmişdir.1- Dağlıq Qarabağ mübahisəli bir ərazi deyildir. O, bütün dünya tərəfindən qəbul olunmuş Azərbaycanın hüdudları daxilində əzəli torpağıdır.
2- 30 ildir ki, Ermənistan Qarabağı və ətrafındakı 7 rayonu da işğal altında saxlayır. Bu günə qədər bu ərazilərdən geri çəkilmir.
3- Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyi şərtsiz çıxmasını tələb edən, BMT təhlukəsizlik şurasının 822, 874, 884, 853 nömrəli 4 qətnaməsi vardır.
4- Bir çox dünya dövlətləri, İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla çoxlu sayda beynəlxalq təşkilatlar erməni ordusu tərəfindən Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilmiş Xocalı hadisəsini "soyqırım" kimi tanımışdır.
5- Müharibə Ermənistan ərazisində getmir və Azərbaycan ordusu Ermənistan torpaqlarını işğal etməyə çalışmır.  30 ildir ki, Ermənistan Azərbaycan torpaqlarının 20% -ni işğal altında tutur. Bu gün davam edən müharibə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün apardığı savaşdır.
6- Azərbaycanın öz torpaqlarını azad etmək üçün kifayət qədər qüvvəsi olduğu halda o, 1994-cü ildə elan olunan atəşkəs razılaşmasına əməl etmişdir. Tərəflər münaqişəni ATƏT-in Mins qrupunun həmsədrliyi ilə sülh yolu ilə həllinə razılaşmışdır, lakin heç bir İrəvan rəsmisi bunun üçün səy göstərməmişdir.
7- Azərbaycan dəfələrlə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulamışdır. Lakin Ermənistan baş naziri Paşinyan hakimiyyətə gələndən sonra, onun ziddiyətli çıxışları və sərhədyanı bölgələrdə yaşayan sivil əhalinin öldürülməsi danışıqlar prosesini tamamilə dayandırmışdır.
Bəyanatın sonunda Seymur Nəsirov oxuculara sualla müraciət edib:  Əziz oxucular bu həqiqətləri biləndən sonra, siz azərbaycanlıların yerində olsaydınız nə edərdiniz?шаблоны для dle 11.2
Tarix: 3-10-2020, 09:16







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?