Naro-fominsk Azərbaycanlıları Cəmiyyəti Prezidentə müraciət edib A- / A+
Rusiya Federasiyası Naro-fominsk Azərbaycanlıları Cəmiyyəti 29.09.20 tarixində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə müraciət edib. Bu haqda Naro-fominsk Azərbaycanlıları cəmiyyətinin sədr səlahiyyətlırini müvəqqəti   icra edən, Dünya Azərbaycanlıları Assambleyası sədr müşaviri Nicat İlyasov xəbər verib.Müraciətdə deyilir: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan! "Bu gün nəhayət ki uzun illərdir  düşmən tapdağında olan əzəli  torpaqlarımız  Qarabağ, şərqi Zəngəzur  eləcədə digər bölgələrimizin  azadlığı üçün rəşadətli Ordumuz tərəfindən   antiterror əməliyyatına başlaması, dünyanın harasında yaşamağından aslı olmayaraq bütün azərbaycanlıları eləcə də Rusiya Federasiyası Naro-fominsk şəhərində yaşayan soydaşlarımızı  çox qürurlandırır. Artıq bir neçə kəndlərimiz işğaldan azad olunub və əminik ki bu  hələ qələbəmizin ilkin başlanğıcıdır. Naro-fominsk Azərbaycanlıları cəmiyyəti olaraq son damla qanımıza dək   dövlətimizin, millətimizin yanındayıq!Milli kimliyindən, dinindən,mənsub olduğu hər hansı ölkənin vətəndaşlığından asılı olmayaraq Ali Baş Komandan cənab İlham Əliyevin ətrafındayıq!Sizin hücüm əmrini  gözləyən on minlərlə əsgərləri sıralarında olacağımızdan qürur duyuruq! Allah ordumuzu namərd gülləsindən qorusun! İnşallah tezliklə  zəfər bayramını Şuşada qeyd edək".шаблоны для dle 11.2
Tarix: 30-09-2020, 08:40







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?