“Milli Kimlik tədqiqatları qrupu” Bəyanat verdi A- / A+
İşğal olunmuş ərazilərimizin azad edilməsi üçün başlamış hərbi əməliyyatlarla bağlı “Milli Kimlik tədqiqatları qrupu”nun
                        BƏYANATI
Dağlıq Qarabağda ermənilərin silahlı təxribatları və hücumlarına cavab olaraq Azərbaycan ordusunun bütün cəbhə boyu düşmən üzərinə başladığı əks-hücum əməliyyatları Ermənistan tərəfindən işğal olunmuş ərazilrimizin qaytarılması üçün yeni, tarixi bir şansdır.
Eyni zamanda, Azərbaycan təkcə işğal olunmuş ərazilərinin qaytarılması üçün deyil, milli dövlətçiyini, suverenliyini, tarixi ədaləti bərpa etmək üçün ayağa qalxıb və bunun üçün döyüşür.
Belə bir tarixi məqamda hamımız səfərbər olmalı, birlik nümayiş etdirməli, eyni məqsədə – qələbəyə, ordumuzun zəfərinə, dövlətimizin qalibiyyətinə köklənməliyik.
Ordumuz və əsgərlərimiz hal-hazırda səfərbər olub öndə, düşmənlə üz-üzə qanlı, şiddətli döyüşlər aparır. Bizim də səfərbərliyimiz düşmənin apardığı psixoloji, hibrid müharibəyə qarşı diqqətli olmaq, bu müharibəni ifşa etmək, ruh düşkünlüyü, vahimə, çaşqınlıq, təşviş yaradacaq yalançı xəbərlərə uymamaq, onları yaymamaq və belə xəbərləri yayanları ifşa etməkdir.
Allah ordumuza kömək olsun! Qələbə bizimdir!шаблоны для dle 11.2
Tarix: 29-09-2020, 18:04







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?