Qırğızıstan Azərbaycanlıları Prezident İlham Əliyevə müraciət etmişdir A- / A+
Azərbaycan dövlətinin başçısı İlham Əliyevə Qırğız Respublikasında məskunlaşan Azərbaycanlılar adından “AZƏRİ” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar Hüquqşünası, 1-ci dərəcəli Ədliyyə müşaviri, Respublika Baş Prokurorunun ictimai müşaviri Əzizağa Əliyevin ünvanladığı müraciətdə deyilir:
Çox hörmətli prezidentimiz!
Qırğızıstan Azərbaycanlılarının “AZƏRİ” İctimai Birliyi Azərbaycan Dövlətinin və onun başçısının yanında olduğunu bir daha bəyan edir.
Azərbaycanın dəfələrlə Ermənistana təxribatçılıq əməllərinə son verməyə dair çağırışlarına baxmayaraq, 27 sentyabr 2020-ci il tezdən Ermənistanın Azərbaycana qarşı yürütdüyü növbəti təxribatına silahlı qüvvələrimiz tutarlı cavab verdilər. Ermənistan silahlı qüvvələrinin məqsədi sülh prosesini pozmaqla Azərbaycanı müharibəyə sürükləməkdi.
Dağlıq Qarabağda işğal altında olan yaşayış məntəqələrimizin Azərbaycan ordusu tərəfindən keçirdiyi təmizləmə əməliyyatını alqışlayır və Qırğızıstandakı toplumumuzla birlikdə silahlı qüvvələrimizin yanında olduğumuzu bildiririk. Bu döyüşlər zamanı həlak olanlara rəhmət diləyir, qələbənin bizimlə olacağına inanırıq.
Möhtərəm prezident!
Xalqa etdiyiniz müraciət hamımızda ruh yüksəkliyi yaratmışdır. Ali Baş komandan və prezidentimiz kimi hər cür əmrinizə hazırıq. Təki vətənimizin işğal altında olan torpaqları düşmənlərimizdən azad olunsun. Xaricdə yaşayan azərbaycanlılar olaraq Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün görülen işlərdən qürur duyuruq.
Əlbəttə, biz nahaq qan tökülməsi tərəfdarı deyilik. Sülh və danışıqlar yolu ilə torpaqlarımızın azan olunmasını istəmişik daim. Başqa bir ölkənin vətəndaşı olsaq da, Ana Vətənimiz üçün hər cür fədakarlığa hazır olduğumuzu bildirməkdən şərəf duyuruq.
Biz keçən əsrin 1929-1937-ci illərində Azərbaycandan Orta Asiyaya sürgün olunan ata-babalarımızın indiki nəslinin nümayəndələri olaraq daim tarixi vətənimiz Azərbaycanda gedən dəyişiklikləri, ictimai-siyasi prosesləri, mədəni-quruculuq işlərini diqqətlə izləmiş, uğurlarına sevinmişik.
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini isə daim pisləmiş, ərazi bütövlüyümüz uğrunda yürüdülən sülh siyasətini də dəstəkləmişik. Lakin Ermənistanın hər zaman sülh prosesini pozmağa yönəldilmiş təxribatsayağı addımları təbii ki, dünya dövlətləri və biz xaricdə məskunlaşan azərbaycanlılar tərəfindən qınanır, qətiyyətlə bu zorakılıqları pisləyirik.
Azərbaycan Ordusunun bu təxribatın qarşısını alaraq, düşmənə layiqli cavab verməsi təbiidir. İnanırıq ki, görülən tədbirlər, Azərbaycanın Dövlət başçısı kimi sülh üçün atdığınız uğurlu saddımlar sayəsində düşmən tapdağı altında olan torpaqlarımız, inləyən Dağlıq Qarabağımız tezliklə azad ediləcəkdir. Buna ürəkdən əminik.
Allah ordumuza bu şərəfli mübarizədə uğurlar nəsib eləsin!

Hörmətlə,
Əzizağa Əliyev
Qırğızıstan Xalqları Assambleyası nəzdində “AZƏRİ” İctimai Birliyinin sədri, Qırğızıstanın əməkdar hüquqşünası, I dərəcəli Ədliyyə müşaviri.
Qırğız Respublikası, Bişkek şəhəri.
шаблоны для dle 11.2
Tarix: 29-09-2020, 17:42







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?