"Azərbaycan əsgəri işğal altında olan ərazilərimizi hərb yolu ilə azad etmək gücünə malikdir" A- / A+

"Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmək istəyən insanlar Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrimizin işğal olunmuş torpaqlarımızı hər an azad edə biləcəyini, bunun üçün ən müasir hərbi texnika və silahlara malik olduğunu bilirik. Cəbhə bölgəsində yerləşən və Azərbaycanın bütün gənclərin vətənin müdafiəsinə hər an hazır olduqlarını, bunu zaman-zaman öz əməlləri ilə sübut etdiklərini qörmüşük. Mübariz və mərd Vətən övladlarının, qəhrəman əsgərlərimizin Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağını Ermənistanın işğal etdiyi ərazilərimizdə dalğalandıracaqlarına əminik. Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq həmişə dayanmışlar".  Bu fikri Dünya Ana və Uşaqlar ictimai birliyinin sədri Dünyaxanım Əliyeva bildirib.

O deyib ki, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksək olan Azərbaycan əsgəri işğal altında olan ərazilərimizi hərb yolu ilə azad etmək gücünə malikdir: "Hərbi xidmətə yola salınan gənclərin ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu və bu vəzifəni layiqincə yerinə yetirəcəklərinə inaniriq, Azərbaycan əsgərinə olan etimadımiz sonsuzdu. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən cox  ruh yuksəkliyi ilə cağırışa qoşulmaq  hərbi xidmətə səfərbərlik xidmətinin təşkilatların, hüquq-mühafizə orqanlarının nümayəndələri, ziyalılar, təhsil işçiləri, eləcə də ağsaqqallar, müharibə veteranları, valideynlər, gənclər və kütləvi informasiya vasitələrinin əməkdaşları vətəni qorumaqa həmişə hazırdır".


шаблоны для dle 11.2
Tarix: 23-09-2020, 10:05







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?