25 ölkə gənc liderlərinin iştirakı ilə könüllülüyə dair onlayn Beynəlxalq Gənclər Forumu keçirildi A- / A+
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən icra olunan beynəlxalq layihə çərçivəsində 25 ölkənin 90 nəfər gənc liderlərinin, gənclər təşkilatları rəhbərləri və ekspertlərin iştirakı ilə onlayn Gənclər Forumunun plenar açılışı keçirildi.“Gənclərin könüllülük imkanları: milli ənənələr və beynəlxalq təcrübə” Beynəlxalq Gənclər Forumu adlanan tədbiri açan ADTGT sədri Asif Əsgərli ümumbəşəri dəyər olan könüllülüyün Azərbaycanda gənclərin bir həyat tərzinə çevrildiyini və ölkəmizin bu fəaliyyətə dair modelinin olduğunu qeyd edərək, prezident İlham Əliyev tərəfindən 2020-ci ilin ölkəmizdı “Könüllülər İli” elan olunduğunu xüsusi vurğuladı.

Beynəlxalq Gənclər Forumunun açılışında AR Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, millət vəkili Müşfiq Cəfərov, AR Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov çıxış edərək, Foruma və onun gələcək fəaliyyətinə uğurlar arzuladılar və əcnəbi gənclərlə ölkə gənclərinin könüllük sahəsində bu tədbirin böyük imkanlar və əməkdaşlıq yaradacağını bildirdilər. Azərbaycanda gənclərin çoxşaxəli könüllülük fəaliyyətini yüksək qiymətləndirən rəsmilər və natiqlər bu sahədə əldə edilən nailiyyətlərin davamlı olduğunu Forum iştirakçılarının diqqətinə çatdırdılar.

Sonra əcnəbi gənclərdən Macarıstan, İspaniya, İtaliya, Polşa, Finlandiya, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Moldova, Qazaxıstan, Rumıniya, BƏƏ, Belarus, Serbiya və Bosniya və Hersoqovinanı təmsil edən gənclər təşkilatları rəhbərləri çıxış edərək, gənclərin könüllülük fəaliyyətlərinin əhatə dairəsinin getdikcə genişləndiyini, bu xidmətin imkanlarının artırılmasında müxtəlif ölkə gənclərinin birgə səylərinin əhəmiyyətini bildirdilər.

Maraqlı keçən Beynəlxalq Gənclər Forumu 1 ay müddətində öz işini könüllülüyə dair 5 aktual mövzulu panel müzakirələrində davam etdirəcək və yekunda gənclərin əməkdaşlıq şəbəkəsinin qurulması ilə yekunlaşacaqdır.

Xatırladaq ki, ölkə prezidenti tərəfindən 2020-ci il Azərbaycanda “Könüllülər İli” elan olunub və müxtəlif hökumət və QHT-lər tərəfindən ölkəmizdə geniş milli, regional və beynəlxalq səviyyəli tədbirlər keçirilməkdədir.
шаблоны для dle 11.2
Tarix: 23-09-2020, 09:56







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?