Millətlərarası dialoq A- / A+
Bu günlərdə Rusiya FederasiyasınınTatarstan Respublikasının "Leninoqorsk xəbərləri" qəzetində Azərbaycan diasporu haqqında məlumat dərc olunub. Xəbərdə Leninoqorsk şəhərində fəaliyyət göstərən "Birlik" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədovun şəhər İcra başçısı, deputatı və ziyalıları ilə görüş haqqında məlumat verilib.Qeyd edək ki, görüşdə Azərbaycan diasporunun şəhər ictimaiyyəti işlərindəki fəallığından,diaspor tərəfindən görülən çoxsaylı xeyriyyə işlərindən və bununla yanaşı, Böyük Vətən Müharibəsi veteranlarına diaspor tərəfindən edilən maddi yardım və mənəvi dəstək və diqqətdən bəhs edilib. Rusiya Federasiyası üzrə Azərbaycan diaspoarunun nəşr etdirdiyi Böyük Vətən Meharibəsinin 75 illiyinə həsr olunmuş «Böyük Vətən Meharibəsində azərbaycanlılar» adlı kitab diasporumuz adından görüş iştirakçılarına hədiyyə olunub.Kitabln müəllifi ictimai xadim,Kursk Cənub Qərb Universitetinin dosenti Qasım Kərimov, redaksiya rəhbəri tarix elmləri doktoru Vəfa Quliyevadır.Kitabda Azərbaycan milli diviziyasınin ön və arxa cəbhədəki qəhrəmanlıqlarından və müharibəyə vermiş olduğu əvəzsiz töhfəsindən bəhs edilir.Şəhər İcra başçısı Ryaqat Qaliaqzyam oğlu hədiyyəni çox böyük məmnuniyyətlə qəbul etmiş və dərin minnətdarlığını bildirib.Diasporumuz gördüyü işlərdən çox məmnun olduğunu qeyd edərək müvəffəqiyyətlər diləmişdir. Qeyd edək ki, "Birlik" cəmiyyəti bütün xeyriyyə aksiyalarında,şəhərin ictimai içlərində aktiv iştirak edərək,liderliyi əldən vermir.Diaspor qocalar evi,kimsəsizlər evi,ehtiyacı olan insanlara maddi dəstək etməyi heç vaxt axsatmır.Bütün tədbirlərdə,aksiyalarda,sərgilərdə yüksək səviyyədə iştirak edərək millətimizin adını həmişə uca tuturlar. Xatırladaq ki, "Birlik" Azərbaycan Milli-Mədəni Muxtariyyəti 2012-ci ildə fəaliyyətə başlamışdır. 1990-cı ildən Leninoqorsk şəhərində yaşayır.Ramiz Məmmədov sahibkardır.Moskva Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişdir.
Diasporun yaradılmasından etibarən bütün maddi və mənəvi dəstəyi diaspor sədri Məmmədov Ramiz Mustafa oğlu öz üzərinə götürmüşdür. Diasporun idarəçilik sistemində Ağsaqqallar şurası və Gənclər şöbəsi də fəaliyyət göstərməktədir. Azərbaycan Respublikasının milli və mənəvi dəyərlərini yüksək səviyyədə təbliğ etməklə yanaşı, diaspor xeyriyyəçilik işlərində də yüksək reytinq göstərərək "İlin xeyriyyəçisi" adına layiq görülmüş və Tatarstan prezidenti tərəfindən təltif edilmişdir.



шаблоны для dle 11.2
Tarix: 18-09-2020, 21:53







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?