Nederlanda Azərbaycan Evi təşkilatının növbəti görüşü keçirildi A- / A+
Nederlanda Azərbaycan Evi təşkilatının növbəti görüşü keçirildi. Den Haag şəhəri CDA və EFF beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Anton Wijkhuijs, Astrid Frey, Hege Knaven, Daniel Franckenin iştirakı ilə Zoomda video göruüş keçrildi.Anton Wijkhuijs görüşün açılışını edərək görüş iştirakçılarını təqdim etdi.  Nederland Azerbaycan Evinin rəhbəri Elxan Mirhəşimli ilə bir neçə görüşü olduğunu bildirdi. Qısa məlumatdan  sonra  sözu görüş iştirakçılarına verdi.Nederlanda Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli bildirdi ki, görüşün əsas məqsədi Ermənistanın 1988-ci ildən Azərbaycan torpaqlarında apardıqları  işğalçılıq siyasəti, Rusiyanın regionda apardığı birtərəfli siyasət və erməni separatçılarını Daglıq Qarabağda dəstəkləməsi, onlara silah və siyasi dəstək verməsi, Avropa və Nederland mətbuatında erməni yalanlarının təbliği və bu kimi digər məsələlərdir.
Ermənilər öz çirkin maraqları naminə din faktorundan istifadə etmiş və Azropada, Amerikada  gerçək olmayan bir rəy formalaşdırmışdır ki, guya ermənilər xristian olduqları üçün azərbaycanlılar tərəfindən təzyiqlərə məruz qalırlar. Bu kökündən yanlışdır. Ermənilərin isə özlərinə sərf edən peşəkarcasına düşündükləri bir siyasətdir. Siz ermənilər tərəfindən öldürülən Azərbaycan vətəndaşlarının dini inancına nəzər yetirsəniz görərsiniz ki, onların arasında yetərincə xristian, yəhudi və digər  inanclardan olan insanlar var. Ermənilərin din üzərindən apardıqları siyasət yeni deyil. Hələ 20-ci əsrin əvvələrdində onların Azərbaycan ərazisində törətdikləri qırğınlar nəticəsində yüzlərlə yəhudilərin, xristianların öldürüldüyünü görərsiniz. Siz bunların gerçək olduğunu bilmək üçün yəhudi həmkarlarınızdan soruşmağınız yetərlidir. Ermənilər Qafqaz bölgəsində Rusiyanın maraqlarını və işğalçılıq siyasətini təmin edir. O Rusiya ki, Qafqazdan çox Avropanın özü üçün bir təhlükə mənbəyidir. Avropa siyasətçiləri də regionda baş verənləri anlamadan erməni separatçılarını xristian olduqları uçun dəstəkləyir. Ermənilər tərəfindən bu siyasətçilər ələ alınır. Onlar özləri də anlamadan erməni separatçılarının tuzağına düşərək Rusiyanın apardığıı çirkin  işğalçı siyasətinin dəstəkçisinə çevrildiklərinin şahidi olmuşuq.
Elxan Mirhəşimli fikrinə davam edərək bildirmişdir: Əgər Avropa siyasətçiləri  din üzərindən siyasət aparacaqlarsa, dostluq edərək din qardaşlarını müdafiə edəcəklərsə, onda BMT,  Avropa Şurası və bəzi beynəlxalq qurumlar, onların yazdıqları huquqi qanunlar nəyə və kimə lazımdır? Və bir din qardaşınız öz maraqları naminə siz din qardaşlarını aldadır. Sizin və dövlətinizin nüfuzuna zərbə vurursa, belə bir “din qardaşı” sizə lazımdırmı ? Və ən başlıcası, sizə gerçəklikmi lazımdır, yoxsa bütün gerçəkliklərin, haqq-ədalətin, insanləğın üstündən xətt çəkərək günahsız insanların ölümünə, yurd-yuvalarından didərgin düşməsinə, yalan və böhtanlara məruz qalmasına, beynəlxaq hüquq və qanunların heçə sayılmasına göz yummaqmı?
Biz beynəlxalq hüquq və qanunlara uyğun işğala son qoyulmasını istəyirik.
Ermənistanın 12 iyul 2020 ci il tarixində Azərbaycandan Avropaya tranzit daşınan qaz, neft, dəmir yolu xətlərini ələ keçirtmək niyyətləri ilə Tovuz istiqamətində Azərbaycan torpaqlarına hücum etmışdi. Nəticədə Azərbaycan ordusunun 12 nəfər əsgər və yüksək rütbəli hərbşiləri, 1 nəfər mülki vətəndaşı şəhid edilmişdi. Hərbi heyət və mülki vətəndaşlarımız arasında çoxlu sayda yaralılar olmuşdur.  Nə yazıq ki, Xocalıda olduğu kimi, Tovuzda da zərər görın vətəndaşlarımızın əksəriyyəti qadınlar, qocalar, uşaqlar idi. Ermənilər sülhsevər deyil, agressiv işğalcı bir siyasət aparır. Onlar Azərbaycanın Ermənistan tərəfindən  torpaq işğalına son qoyulmasını, Ermənistan Silahlı Qüvvələrinin işğal etdkləri Azərbaycan torpaqlarından  geri çəkilməsini və işğal edilmiş ərazilərin qeyri-şərtsiz Azərbaycana geri qaytarılması; qaçqın və məcburi köçkünlərin öz döğma yurdlarına dönməsini təmin edən  BMT-nin bu münaqışə ilə bağlı qəbul etdiyi 4 qətnaməsinin, AŞPA-nın, AB-in  qətnamə və qərarlarının yerinə yetirmirlər. Avropanın bir çox olkələri isə bu hadisələrə göz yumaraq siyasi və hüquqi qiymət vermir. İşğalçı bir dövlətə arxa dururlar.
Qarabağda 70-80 min erməninin hüquq və haqlarını müdafiə edən Avropalı siyasətçilərə üzümü tutub soruşuram: Erməni işğalı nəticəsində 1988-ci ildən başlayaraq  Aərbaycanın bölgələrindən biri olan Qarabağın dağlıq bölgəsi və onun ətrafındakı 7 rayon işğal edilmişdir. Hətta Azərbaycanın Qarabağ bölgəsindən tam uzaq məsafədə yerləşən Tovuz, Qazax, Gədəbəy və bir sıra digər rayonlarımızın da bir çox kənd və qəsəbələri erməni  işğalına məruz qalmışdır.  Bu işğal nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məçburi köçkün həyatı yaşamış, 30 mindən çox soydaşımız şəhid olmuş, minlərlə insanımız yaralanmış, əlil olmuş, əsir və girov götürülmüş, Itkin düşmüşdür.
Öz yurdundan qovularaq qaçqın və məçburi köçkün olan, əsir və girov götürülən, öldürülən, yaralanan azərbaycanlıların haqqını və hüququnu nədən qorumurlar?
Asrtid Frey:
Sizin və ermənilər üçün Qarabağ nədən önəmlidir ? Qarabağın təbii sərvətləri varmı ?
E. Mirhəşimli:
Qarabağda neft və qaz kimi təbii sərvət yoxdur. Biz yaşadığımız torpağı təkcə təbii sərvətinə görə sevmirik. Bu torpaqlar bizim ata-baba torpaqlarımızdır. Ermənilər üçün isə, az öncə dediyim kimi, Qarabağın işğalı  Qafqazda Rusiyanin maraqlarını təmin etmək və təsirini saxlamaq üçün  önəmlidir. Ermənilər bizim torpaqlarda bizimlə birlikdə yaşamaq istəmirsə,  gedib Ermənistanda yaşaya bilərlər. Onların bir dövləti var və bizim torpaqlarımızda ikinci bir Ermənistan dövlətinin yaradılmasına izn verə bilmərik. Hər hansı bir dövlətdə, deyək ki, Nederlandda  ermənilər toplum halında  yaşayırsa, o demək deyil ki, onlar orada yeni bir erməni dövləti qurmalıdır.
Astrid Frey :
Azərbaycan icması Nederlanda və Belçikada erməni icmasi ilə görüşmək istəyər ?
E. Mirhəşimli:
 Əgər ermənilər agressivlik etməyib normal hüquqi çərcivədə görüşəcəklərsə, ola bilər. Biz haqlı olduğumuz üçün görüşdən qaçmarıq.
Astrid Frey :
Bizim Ermənistanda fəaliyyət göstərən ofisimiz var.  Biz onlarla sıx əməkdaşlıq edirik.
Elxan Mirhəşimli:
Biz də sizi Bakıya dəvət edirik . Gəlib yerli dini icmalarla görüşsəniz, Azərbaycanın tolerantlıqda Avropadan da daha öndə olan  bir ölkə olduğunu görərsiniz.
Daniel Franckenin:
 Mən görüşdən öncə məlumat üçün Azerbaycan haqqında internetdən bir az oxudum. Xocalı soyqrimı haqqında da vikipediyada məlumat var. Bugünkü görüşdə də yeni məlumatlar topladım.
Nederland Azərbaycan Evinin idarə heyətinin üzvü Ələkbər Mirhəşimli:
Xocalıda ermənilər mülki insanları - qoca, qadın, hamilə, uşaq demədən hamısını azərbaycanlı olduqları üçün öldürdülər. Bunu  ermənilərin bir çoxu öz kitablarında da yazıblar. Xocalıda soyqrımını bilərəkdən törətdiklərini qəbul edirlər. Hətta Ermənistanın keçmış prezidenti Serj Sərkisyan öz çıxışlarında bunu açıq şəkildə birdirərək demişdi ki, biz Xocalıda azərbaycanlıları ona görə öldürdük ki, azərbaycanlılar arasında qorxu yaradaq və onlar Qarabağdan getsinlər. İstəsəniz bu haqda e-maildən sizə geniş məlumat göndərərəm.
Hollandiyada , Belçikada “Asala”  terror təşkilatı üzvləri “Asala” emblemli köynəkləri ilə Avropanın mərkəzində Azərbaycan diplomatlarını, icmasını ölümlə təhdid edir , ancaq, əfsuslar olsun ki, onların bu əməllərinə hüquqi qiymət verilmir. Bu hadisələrə siyasətçilər də susur.
Lale Aydəmirova:
 Holland mediasında Azərbaycan və onun ermənilər tərəfindən işğal edilmiş Qarabağ bölgəsi haqqında  hər zaman birtərəfli və qərəzli məlumatlar yazırlar. Holland mediasından tələbimiz odur ki, siyasətçilərin və media nümayəndəlırinin birtərəfli mövqe tutmaması üçün bizim də fikrimiz öyrənilsin və sözümüzü deyə bilmək, gerçəklikləri çatdırmaq  üçün şərait yaradılsın.
12 iyul 2020-ci il  tarixində erməni hərbi hisslələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi  təxribat sonra AD.nl qəzetində bir anonim məktub əsasında gerçək  olmayan məqalə dərc olunmuşdur. Azərbaycan dövlətinə və xalqına qarşı mediadakı bu çürə təktərəfli yanaşma, saxta və qərəzli  informasiyaların yayılması bizi məyus etməyə bilməz. İstər Nederland , istərsə də Avropanın bir çox olkələrinin, Amerikanın siyasət arenası, media məkanı ya bilərəkdən, ya da informasiya azlığından birtərəfli movqe tuturlar. Və bu da hər iki halda bir media qurumu üçün çox utancverici haldır. Özünə və işinə dəyər verən, dövlətinin nüfuzuna xələl gəlməsini istəməyən  hər bir media və media işçisi  yayımladığı informasiyanın birtərəfli olmamasına önəm verməli,  informasiyanın düzgünlüyünə  və qərəzsizliyinə əmin olmalıdır. Nederlandın hər hansı bir mediasında yayımlanan yanlış və qərəzli yazı, hər şeydən öncə, Nederlandın nüfuzuna, dövlət siyasətinə və Nederland –Azərbaycan dövlətlərarası dostluq münasibətlərinə ciddi zərbə vurur.  

Nederland Azərbaycan Evinin mətbuat katibi,
Nederland – Belçika- Azərbaycan Koordinasiya Şurasının üzvü Lalə Aydəmirovaшаблоны для dle 11.2
Tarix: 15-09-2020, 13:09







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?