"Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq deməkdir" A- / A+
Sabir Məsimov: "Rusiya Federasiyasının ictimai və siyasi həyatında iştirak etmək üçün diaspor təşkilatlarının bütün qüvvələrinin səfərbər edilməsi və birləşdirilməsi vacibdir"Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində Sankt-Peterburqdakı Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyəti regional ictimai təşkilatının sədri Sabir Məsimovun KANAL 5-ə açıqlamasını təqdim edirik.
Xatırladaq ki, Məsimov Sabir Mirzə oğlu 1962-ci ilin sentyabr ayının 1-də Qərbi Azərbaycanın, indiki Ermənistanın Pənbək rayonunun Ardıc kəndində anadan olub. 1980-ci ildən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır. Burada Meşə Texniki Akademiyasını bitirib. 2000-ci ildən başlayaraq Sankt-Peterburqun Petroqradsk rayonunun (5 -dəfə seçilib) deputatıdır. Həmin rayonun Fəxri sakinidir. 1990-cı ildən diaspor hərəkatında aktivdir. Ailəlidir, iki oğlu var.
Sabir Məsimov deyib ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub: "Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Bu baxımdan, təşkilatımızın əsas vəzifələrindən biri Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına kömək etmək, şəhər sakinlərini müasir Azərbaycan, onun tarixi,  Azərbaycan xalqının mədəni irsi haqqında dolğun və obyektiv məlumatların alınmasına kömək etməkdir.
Azərbaycançılıq ideologiyası ittihadçılığın əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Belə birlik isə ana dili, Azərbaycan dili vasitəsi ilə baş tutur.
Gənc soydaşlarımızın ana dilini unutmamaları üçün təşkilatımız bu il müvafiq kursların işini bərpa edəcəkdir. Azərbaycan dilini öyrənmək istəyənlər üçün onlayn dərslərin keçirilməsi imkanları da nəzərdən keçirilir".
Sabir Məsimov kerdikləri tədbirlər haqqqında da məlumat verib: "Leninqrad vilayəti Nizino qəsəbəsində yerləşən, 1941-ci ildə həlak olmuş Qırmızı bayraqlı Baltik Donanması  təyyarəçilərinə həsr edilmiş Xatirə kompleksinin yenidənqurma işləri aparılılıb. Həlak olanların  arasında Pirşağı qəsəbəsinin sakini, düşmənin 4 təyyərəsini vuran, kiçik leytenant Hüseynbala Əliyevin adı xüsusi çəkilir. Yenidənqurma işləri   təşkilatımızın təşəbbüsü və Sankt-Peterburqun Azərbaycan icması  üzvlərinin maliyyə dəstəyi ilə həyata keçirilib. 25 iyul 2020-ci ildə keçirilən kompleksin açılış mərasimində Leninqrad vilayyəti, Lomonosov rayonu və Nizino qəsəbəsinin rəsmi şəxsləri, Sankt-Peterburqun Hərbi-Dəniz Politexnik İnstitutunun rəhbərliyi, zabit və kursantlar, müharibə veteranları və s. iştirak  ediblər. Azərbaycan alimləri tərəfindən hazırlanmış məqalələri, Rusiya və xarici mütəxəssislərinin tədqiqatları əsasında təşkilatımız tərəfindən hazırlanmış "Bakı qalası - İçərişəhər" kitabı nəşr olunub. Kitabın çapında məqsəd rusdilli oxuculara İçərişəhərin  ənənə və tarixini  elmi-populyar formada izah etməkdədir.  Kitabın təqdimat mərasiməri Sankt-Peterburq, Arxangelsk, Petrozavodsk, Novqorod və RF-nın digər şəhərlərində 2019-ci il aprel-iyun aylarinda kecirilib.
Rusiya süvari generalı, İmperator II Nikolayın general-adyutantı Hüseyn xan Naxçıvaskinin abidəsinin təməl daşı qoyulub. Sankt-Peterburqda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının qastrol səfəri təşkil edilib. Sankt-Peterburqdakı 84 saylı uşaq bağçasına yardım göstərilib. Sankt-Peterburq Dövlət Teatr və Musiqi Sənəti Muzeyi  konsert salonunda "Musiqinin  beynəlxalq dili" adlı  musiqi axşamı keçirilib. Rusiya Təhsil Akademiyası Smolnıy İnstitutunun konfrans zalında tələbə, müəllim və şəhər ictimaiyyətinin iştirakı ilə Azərbaycan xalqının soyqırımı gününə həsr olunmuş dəyirmi masa, həmçinin Azərbaycan klassik poeziya axşamı keçirilib. Sankt-Peterburqdan icəsənət xaimlərinin iştirakı ilə Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr olunmuş konsert-tamaşası təşkil edilib. "Uşaq Səsi" beynəlxalq layihəsində iştirak etmək üçün gənc həmvətənlərimizin seçimi olub. Yarışın qalibləri arasında iki azərbaycanlı uşaq da var idi. Sankt-Peterburq şəhər 575 saylı məktəbində Dostluq günləri təşkil edilib. Azərbaycanın professional musiqisinin banisi Üzeyir Hacıbəyovun  "Arşın mal alan" operettasının 100 illiyinə həsr edilmiş "Dərviş" Moskva Teatrı  tamaşası Sankt-Peterburq şəhərində göstərilib. Sankt-Peterburq-Moskva-Voronej-Rosto-Taqanroq-Vladikavkaz-Tiflis-Mingçevir-Bakı-Sankt-Peterburq marşrutu üzrə "Dostluq.Rusiya-Azərbaycan" avtoyürüşü olub. Sankt-Peterburqun azərbaycanlı elm, mədəniyyət və təhsil xadimlərilə silsilə görüşlər keçirilib".
Sabir Məsimov öz təklif və istəklərini də qeyd edib: "Rusiya Federasiyasının ictimai və siyasi həyatında iştirak etmək üçün diaspor təşkilatlarının bütün qüvvələrinin səfərbər edilməsi və birləşdirilməsi vacibdir.  Rusiyanın paytaxtında və böyük şəhərlərində dəyirmi masaların keçirilməsini planlaşdırmaq, əvvəlcədən və diqqətlə hazırlamaq və qanunauyğunluğunu təmin etmək lazımdır. Federal və regional səviyyədə diaspor təşkilatlarının rəhbərlərini tədris etmək və sistemli iş üçün hazırlamaq lazımdır. Federal və regional TV-nin tok-şoularında iştirak etmək üçün xüsusi təlim keçmiş, rus dilində səlis danışan azərbaycanlılar arasından politoloqlar, jurnalistlər, tarixçilər və şoumenlər yetişdirmək lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında verdiyi tövsiyələrdən biri də həmvətənlərimizin diaspor təşkilatlarının yaşayış ölkələrinin ictimai və siyasi proseslərində fəal iştirakıdır.  Bununla əlaqədar olaraq, Diasporla İş üzrə Komitəsi və müvafiq diplomatik nümayəndəliklərdən həmin təşkilatlara istedadlı gənc həmvətənlərimizin Rusiya Federasiyasının dövlət hakimiyyəti orqanlarına, təşkilatlarına və qurumlarına müvafiq vəzifələrə irəli çəkilməsi, Azərbaycan icmasının ən fəal və nüfuzlu üzvlərının federal, regional və yerli qanunverici orqanlara deputatlığa namizədliyini irəli çəkilməsi proseslərinə
dəstək vermələrini xahiş edirik".

Ədil Ədilzadə
 шаблоны для dle 11.2
Tarix: 14-09-2020, 15:43







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?