"Xaricdəki Azərbaycan təşkilatları öz fəaliyyətlərini azərbaycançılıq ideologiyası əsasında qurmalıdırlar" A- / A+
Əliağa Məmmədov: "Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir"

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında axtarışlarını davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən "Azeris" cəmiyyətinin sədri, Klaypeda Milli İcmalar Şurasının üzvü Əliağa Məmmədovun "News12.az"a müsahibəsini təqdim edirik.

-Azərbaycançılığın milli mahiyyətini nə təşkil edir?
-Azərbaycançılıq Azərbaycan xalqının milli dövlətçilik ideologiyasıdır. Dünyanın qədim xalqlarından biri olan Azərbaycan xalqı əsrlər boyu öz həyat tərzində, etnoqrafiyasında, maddi və mənəvi dəyərlərində zərrə-zərrə azərbaycançılığı yaşadıb. Əlbəttə, azərbaycançılığın milli mahiyyətini xalqımızın milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər, ana dilimiz və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qoruması təşkil edir. Bu baxımdan, azərbaycançılığın əsası birmənalı olaraq milliliklə, milli düşüncə ilə sıx bağlıdır. Bunlarsız azərbayançılığı təsəvvür etmək mümkün deyil. Ana dilinin varlığı, anadilli məktəblərin formalaşdırılması, milli mədəniyyətimizin təşəkkülü azərbaycançılığın əsas hərəkətverici qüvvəsi kimi özünü təqdim edib.
Tarixən milli-mənəvi dəyərlərin, milli ruhun qorunması azərbaycançılıq ideologiyasının inkişafına təsir edən amillər olub.
XIX əsr Azərbaycan  maarifçilərinin, xüsusən də Abbasqulu Ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun azərbaycançılığın milli soy-kökə, milli düşüncəyə söykənərək inkişaf etməsinə xüsusi qol-qanad veriblər. Bu istiqmatdə azərbaycançılıq məfkurəsinin ideoloqlarından biri olan Əli bəy Hüseynzadənin də xidmətləri böyükdür.  
Sözsüz ki, milli ideologiya bir günə, bir ilə yaranmır, onun yaranması, təşəkkülü, milyonların şüurunda öz yerini tutması əsrlər çəkir. Filosoflar haqlı olaraq qeyd edirlər ki, bu anlayışa çatmaq üçün xalq müəyyən tarixi yol keçməlidir. Milli ideya ilk olaraq milli şüurun oyanması sayəsində müstəqillik uğrunda mübarizə ilə başlanır. Milli ideya, ilk növbədə, hər bir xalqın mədəniyyətində, fəlsəfəsində, mentalitetində, iqtisadiyyatında, siyasətində, elmində öz ifadəsini tapır. Çoxmillətli dövlətlərdə ərazi bütövlüyünün qorunub saxlanması ideyası dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının müqəddəs borcudur. Bu gün Azərbaycan xalqı dilini, tarixini, mədəniyyətini, mənəvi dəyərlərini, etnoqrafiyasını qorumaqla, onu azərbaycançılığın vahid prisipinə çevirməklə öz varlığını qoruyur, dövlətçiliyini inkişaf etdirir. Bizim ideologiyamızın əsasını milli müstəqillik təşkil edir.
Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir. Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır.

-Dünya azərbaycanlılarının vahid amal uğurunda birləşməsində azərbaycançılıq ideologiyasının önəmi nədən ibarətdir?
- Dünyanın müxtəlif qitələrinə, ölkələrinə səpələnən azərbaycanlılar uzun illər təşkilatlanma, birliyə, həmrəyliyə nail ola bilməyiblər. Baxmayaraq ki, mühaciətdə yaşayan böyük şəxsiyyətlərimiz bu istiqamətdə fəaliyyət göstəriblər, lakin onlar vahid konsepsiya əsasında öz işlərini, təbliğatlarını qura bilmədikləri üçün bu yolda elə də böyük nailiyyətləri olmayıb. Şübhəsiz, burada milli müstəqil dövlətin olmaması da ciddi əngəllər törədib. Lakin Azərbaycan dövlət müstəqilliyini qazandıqdan  və ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dünya azərbaycanlılarının təşkilatlanması, onların vahid iderologiya ətrafında birləşdirilməsi məsələsinə xüsusi önəm verildi. Müasir azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevin səyləri nəticəsində dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi məsələsi birdəfəlik olaraq öz həllini tapdı. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə "azərbaycanlı" anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır.

-Azərbaycançılıq ideologiyasının təbliğ olunmasına nə dərəcədə ehtiyac var?
- Faktdır ki, dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir.  Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir. Bu baxımdan, azərbaycaçılıq ideologiyasının təbliğatına hər zaman ciddi ehtiyac var və bu istiqamətdə həm ölkə vətəndaşları, həm də dünya azərbaycanlıları davamlı işlər görməlidir. Sirr deyil ki, bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan lobbisinin fəaliyyətinin daha da gücləndirilməsi ciddi bir zərurətə çevirilib. Təəssüf ki, uzun illər xarici ölkələrdə Azərbaycan lobbisinin fəaliyyəti ilə də parlaq görünməyib. Amma son illər bu sahədə müəyyən irəliləyişlər var. Dispor işi ilə məşğul olan xaricdəki Azərbaycan təşkilatları bütün güclərini səfərbər edərək öz fəaliyyətlərini azərbaycançılıq ideologiyası əsasında qurmalı və bu ideologiyanı-Azərbaycanın səsini, varlığını, dövlətçilik qürurunu fəxrlə təbliğ etməlidirlər.шаблоны для dle 11.2
Tarix: 8-08-2020, 16:01







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?