Könüllülüklə bağlı Beynəlxalq Gənclər Forumu keçiriləcək A- / A+
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən yeni beynəlxalq layihənin icrasına başlanılmışdır.“Gənclərin könüllülük imkanları: milli ənənələr və beynəlxalq təcrübə” Beynəlxalq Gənclər Forumu adlanan layihə 3 ay müddətində onlayn, İKT imkanları vasitəsilə həyata keçiriləcək və virtual tədbirlərdə 20-yə yaxın ölkənin aparıcı gənclər təşkilatı rəhbərləri və gənc liderlərinin iştirakı nəzərdə tutulur.    
Pandemiya şərtlərinə uyğun məsafədən icra olunacaq layihə çərçivəsində xarici və milli gənc fəallar Beynəlxalq Gənclər Forumun plenar açılışına və 5 aktual mövzuda panel müzakirələrinə qatılaraq, könüllülük fəaliyyəti və xidməti sahəsində yeni çağırışlarla, effektiv könüllülüyə dair milli və beynəlxalq təcrübə və könüllülük mədəniyyətinin gənclərin həyat tərzinə çevrilməsi təşəbbüslərilə qarşılqlı tanışlıq imkanlarına yiyələcək və geniş formatda əməkdaşlıq və informasiya mübadiləsi aparacalar.
Ölkə prezidenti tərəfindən 2020-ci il “Könüllülər İli” elan olunan Azərbaycanın müxtəlif hökumət strukturları və QHT platformaları ilə onlayn müzakirə aparacaq əcnəbi gənc liderlər ölkəmizdəki həmkarlarının milli könüllülük ənənələri və uğurlu modeli ilə də tanış olmaq imkanı qazanacaqlar.
Cari ilin sentyabr – oktyabr aylarında təşkil olunacaq onlayn beynəlxalq tədbirlərin yekununda Bakı Bəyannaməsi qəbul olunacaq ki, burada da iştirakçı olkələrin gənclər təşkilatları və gənc liderləri könüllülüyün fəaliyyət dairəsinin genişləndirilməsinə xidmət edəcək virtual əməkdaşlıq şəbəkəsinin əsasını qoyacaqlar.
Onlayn Beynəlxalq Gənclər Forumu və panel müzakirəsinin məqsədi ölkə prezidentinin 2020-ci il “Könüllülər İli” barədə sərəncamına və çağırışına ictimai dəstək olaraq, gənclər arasında könüllülük mədəniyyətini şaxələndirməyə, gənclərin könüllülük sahəsində imkan və təşəbbüslərini artırmağa və gənclərimizin həyat tərzinə çevrilən könüllülük fəaliyyətində beynəlxalq təcrübənin tətbiqinə və Azərbaycan modeli ilə qarşılıqlı mübadiləsinin aparılmasına təkan verməkdir.Layihənin yekunu olaraq iştirakçı ölkələrdə könüllülüyə dair real vəziyyət və inkişaf perspektivlərinə dair hesabat xarakterli kitab çap olunub yayılacaqdır.шаблоны для dle 11.2
Tarix: 8-08-2020, 10:17







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?