"...Azərbaycançılıq ideyası güclü olmasaydı bu günkü Azərbaycan olmazdı" A- / A+
Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, xaricdəki əksər soydaşlarımız vətənə bağlıdırlar. Onlar azərbaycançılığı özlərinin həyat tərzinə çevirməyə çalışırlar. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında müsahibələrini davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabovanın "News12.az"a müsahibəsini təqdim edirik.

-Azərbaycan xalqının milli inkişaf yolunun formalaşmasında azərbaycançılıq ideologiyasının önəmi nədən ibarətdir?
-Azərbaycan xalqının tarixi çox uzun zamanlara köklənir. Azərbaycanlı olmaq qədim bir tarixə,zəngin ənənələrə,dərin irsə,samballı kökə,mentalitetə,malik olmaq deməkdir. Azərbaycanlı olmaq Vətənini,xalqını sevmək deməkdir.Vətən üçün canını,qanını verməyə daima hazır olmaq deməkdir. Torpağının, papağının,ailənin namusunu qorumaq deməkdir. Azərbaycanın milli inkişaf yolu bir çox çətinliklərlə üzləşərək,enişə-yoxuşa rastlaşaraq gəlib bu günkü günümüzə çatmışdır. Bu yoıda gedən insanların azərbaycançılıq ideyası güclü olmasaydı bu günkü Azərbaycan olmazdı.
Bu gün biz tariximizi,mədəniyyətimizi,dilimizi qoruyub saxlaya bilməzdik.
Bir xalqın yaşaması üçün və hətta min illərlə yaşaması üçün dərin bir ideologiyanın olması vacibdir.Bu ideologiya nəsildən-nəsilə ötürülməlidir,qorunmalıdır və həyat tərzinə çevrilməlidir.
-Azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının birliyində nə kimi rolu var?
-Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların əksəriyyəti Vətənini sevən,ona bağlı olan,vətən üçün əlindən gələni etməyə hazır olan insanlardır.
Biz xarici ölkələrdə yaşasaq da qəlbimiz,ruhumuz hər zaman Azərbaycanladır.Bu sevgi elə bir sevgidir ki,onu nə illər,nə insanlar,nə də ki,hadisələr bizim ürəyimizdən və şüurumuzdan çıxara bilməz.Vətəni sevib qorumaq lazımdır.
Azərbaycançılıq ideyası müxtəlif fikirli insanların belə birləşməsində böyük rol oynayır.Belə ki,mən müxtəlif dünyagörüşünə,maraqlara,savada malik ola bilərəm.Digər həmvətənlər də həmçinin.Ancaq söhbət Vətənimiz Azərbaycandan gedən zaman biz bir ideya ilə,yeganə azərbaycançılıq ideologiyası ilə hərəkət etməli və yalnız bu nöqteyi nəzərdən gücümüzü bir yerə toplayıb,bir yumruq kimi eyni hədəfə vurmalıyıq.Yalnız o zaman bu ideologiya həm bizim birliyimizə,həm də Vətənə xidmətimizə zəmin yaratmış olar.
-Azərbaycançılıq ideologiyasının təbliğ olunmasına nə dərəcədə ehtiyac var?
-Yalnız yaşlı və orta nəsil deyil,həm də gənc nəslin,əsasən də xarici ölkələrdə doğulub,boya-başa çatan gənclərin,azərbaycançılıq ideologiyasında tərbiyə olunmasının böyük əhəmiyyəti var.
Çox təəssüflər olsun ki, xarici ölkələrə köçən ailələrin övladları çox zaman ikinci və üçüncü nəsildən sonra azərbaycançılıqdan uzaq düşürlər.Belə ki, dilimizi,tariximizi,mədəniyyətimizi unudurlar.Bizim borcumuzdur ki,bacardığımız qədər buna yol verməyək.Azərbaycançılıq mütəmadi olaraq birmənalı şəkildə hər yerdə,hər zaman təbliğ olunmalıdır.Vətənin,dövlətin qorunması,yaşaması üçün ideologiya daim təbliğ olunmalı və hər bir azərbaycanlının içdiyi su,aldığı nəfəs qədər önəmli olmalıdır.

Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 2-08-2020, 15:34







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?