"Azərbaycançılıq ideologiyasını yaşatmaq üçün ən önəmlisi xaricdə böyüyən övladlarımızdan başlamalıyıq" A- / A+
Xaricdəki azərbaycanlı uşaqların azərbaycançılıq ideyasına bağlı olmaları üçün onların Azərbaycan dilini bilmələri əsas faktordur. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında müsahibələrini davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində İsveçin Partille şəhər bələdiyyə məclisi üzvü, diaspor nümayəndəsi Turan Əliyevin "News12.az"a müsahibəsini təqdim edirik.

-İsveçdə azərbaycançılıq ideologiyasını necə təbliğ edirsiz?
-Mənə görə azərbaycançılıq ideologiyasını yaşatmaq hər bir azərbaycanlının borcudur.
Mən də İsveçdə yaşayan bir azərbaycanlı kimi özümə borc bilib əlimdən gələn qədər çalışıram həm üzvü olduğum 40 minlik Partille şəhər bələdiyyəsində, həm də başqa bələdiyyələrdə qanun çərçivəsində milətimizi layiqincə təbliğ edim.
Azərbaycançılıq ideologiyasını yaşatmaq, təbliğ etmək üçün ən önəmlisi xaricdə böyüyən övladlarımızdan başlamalıyıq. İlk öncə onların ana dilini bilməsi çox vacibdir.
İsveç qanunlarına əsasən İsveç vətandaşı olmasa belə, öz ana dilində yazıb- oxumağı, danışmağı daha mükəmməl bilmək üçün minumum 5 şagirdin (bələdiyyələrə görə minumum şagird sayı fərqlidir) valideynləri yaşadığı bələdiyyəyə müraciət etməlidir. Şagirdlərə həftədə 1 saat ana dilində dərs keçilir.
Bələdiyyələrin göstərdiyi bu xidmət tam ödənişsizdir, hətta alınan dərsliklərin də, bayram tədbirləri belə, xərclərini bələdiyyə öz hesabına ödəyir. Biz bu xidməti öz yaşadığımız bələdiyyədə dəyərləndirmişik və bir çox başqa  bələdiyələrdə də dəyərləndirilir.
Bu sahədə də soydaşlarımız arasında əlimizdən gələn qədər təbliğat aparırıq. Məlumat veririk ki, valideyinlər övladlarının öz ana dilini öyrənməsi üçün bələdiyyəyə müraciət etsinlər və yaxud müəllimlər müəllim işləmək üçün müraciət etsinlər.
Mənim yaşadığım bələdiyyədə hazırda 10 şagird öz ana dilimizdə dərs alır. Bir sıra bələdiyyələrdə təəssüf ki, valideynlər müraciət etsələr də müəllim olmadığı üçün ana dilimiz hələ ki tədris olunmur, amma hər il Azərbaycan dili tədris olunan bələdiyyələrin sayı artmaqdadır. Bunu da öz növbəsində çox müsbət qiymətləndirmək olar.

-Xaricdəki azərbaycanlı uşaqların dilimizi bilməsi onların azərbaycançılıq düşüncəsini necə inkişaf etdirir?
-Bilirsiz, öz ana dilini öyrənən şagirdimiz öz tariximiz, mədəniyyətimiz, dahi şəxsiyyətlərimiz, ölkəmiz, haqqında məlumatlı olur, həmçinin də onlarda azərbaycançılıq ideologiyası, vətən, millət sevgisi daha da möhkəmlənir. Bu sahədə, həmçinin böyük yük valideynlərin və müəllimlərin üzərinə düşür.
Ana dilinin vacibliyi ilə əlaqədar yerli mətbuatda təbliğat xarekterli məqalələr dərc etdiririk. Bununla bərabər, fəal Azərbaycan mədəniyyət dərnəkləri ilə də birlikdə  azərbaycançiliq ideologiyasını yaşatmaq üçün əlimizdən gələni edirik. Bu yöndə bir sira önəmli layihələr də həyata keçirilib.
Azərbaycançılıq ideologiyası, vətənpərvərliyi təbliğ etmək üçün həmçinin yaşadığımız bələdiyyənin  kitabxanalarında Azərbaycan haqqında  öz ana dilimizdə, isveç və ingilis dillərində yazılmış kitablar hədiyyə etmişik və etməkdə davam edirik. İsveçdə yaşayan soydaşlarımız bu kitablardan isdifadə edərək daha çox məlumatlı olurlar, həmçinin İsveç toplumu da bizim ölkə haqında düzgün, doğru məlumatlı olurlar və ölkəmiz haqqında müsbət fikir yaranır, bu həm də gələcəkdə ölkələr arasında əlaqələr qrulması, məlumatların yayılmasındada önəmlidir. Bu işdə Diasporla İş üzrə Dövlət Komitəsinə hər zaman ehtiyac duyulur.
Şəxsən mən keçmişdə bir dənə də olsun Azərbaycan dilində kitaba rast gəlməmişdim, amma hal-hazırda yaşadığım bələdiyyədə və İsveçin, demək olar ki, bütün böyük şəhərlərində olan kitabxanalarda Azərbaycan haqqında kitab İsveç və Azərbaycan dillərində az da olsa var.
-Azərbaycançılıq ideyası dünya azərbaycanlılarını birləşdirə bilibmi?
-Qarabağ həqiqətlərini dünyaya doğru-düzgün çatdırmaq və dünya azərbaycanlılarının birliyində azərbaycançılıq ideyası əsas və önəmli birləşdirici faktordur. Hazırda ən önəmli olan bizim birliyimizdir və azərbaycançılıq ideyası bizi birləşdirir və birləşdirməlidir. Əsas bu ideyanı yaşatmaqdır. Bu sahədə daha da fəal olmalıyıq

-Gənc nəsilin assimliyasiya olmaması üçün azərbaycançılıq ideologiyasının təbliği nə dərəcədə önəmlidir?
-Yaşadığımız ölkədə gələcək nəsillərimizin assimliyasiya olmaması, millətinə bağlı olması və həmçinin birliyimizi daha da möhkəmləndirmək üçün hər zaman azərbaycançılıq idelogiyasının təbliğinə ehtiyac var.
Biz gələcəkdə işğal altında olan torpaqlarpmızı azad etdikdən sonra da  xaricdə azərbaycançılığı təbliğ etməliyik, çünki güclu dövlət üçün bu çox önəmlidir.

Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 29-07-2020, 10:43







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?