"Hər bir vətəndaşımız azərbaycançılıq ideologiyasının təbliğində öz töhfəsini əsirgəməməlidir" A- / A+
Dr. Sabrin Ali Azim: "Azərbaycana səfər etmiş BƏƏ sakinlərindən həmişə xalqımızın necə istiqanlı və qonaqpərvər olmaqlarından bəhs etmələrini eşidirəm"

Xaricdəki əksər soydaşlarımız vətənpərvərlik göstərərək çalışdıqları sahələrdə də azərbaycançılıq ideyalarının təbliğ edirlər. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında müsahibələrini davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Medical Health and Sciences” Univeristitetinin assistenti, vətənpərvər diaspor nümayəndəsi Dr. Sabrin Ali Azimin "News12.az"a müsahibəsini təqdim edirik.
Xatırladaq ki, Dr. Sabrin Ali Azim 1988-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası dəri zöhrəvi üzrə professor, anası telekomunikasiya üzrə mütəxəssis, bacısı isə ginekologiya ixtisası üzrə mütəxəssisdir. 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirib həkim ixtisasını yiyələnmişdir. Elə həmin il ordinatura pilləsinə qəbul olunub və 2012-ci ildə ordinatura təhsilini bitirib ağız və üz çənə cərrahı ixtisasına sahib olmuşdur. 2016-cı ildə isə elə Azərbaycan Tibb Universitetində ağız və üz çənə cərrahiyyəsi ixtisası üzrə tibb üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. Ağız və üz çənə cərrahiyyəsi üzrə mütəxəssis və tibb üzrə fəlsəfə doktorudur. Hal-hazırda Birləşmiş Ərəb Əmirliklərinin Ras al Khaimah əmirliyində yerləşən “Medical Health and Sciences” Univeristitetinin  Ağız və üz çənə cərrahiyyəsi kafedrasının assistentidir. Assistant professordur.  
-BƏƏ-də Azərbaycanı necə tanıyırlar?
-Qürurla qeyd edə bilərəm ki, BƏƏ-də Azərbaycan özündə müasirliyi birləşdirən və eyni zamanda milli adətləri və islami dəyərləri qoruyub saxlayaraq inkişaf etmiş modern bir ölkə kimi tanınır. Azərbaycan BƏƏ-nin vətandaşları və rezidentləri üçün turistik bir ölkə olaraq da son illərdə birinci istaqamətlərindən biridir. Xüsusilə son illərdə Azərbaycanda baş tutmuş festivallar və tədbirlər bu sahədə öz rolunu oynamışdır. Azərbaycana səfər etmiş BƏƏ sakinlərindən həmişə xalqımızın necə istiqanlı və qonaqpərvər olmaqlarından bəhs etmələrini eşidirəm. Azərbaycanı zəngin mədəniyyətə, rəngarəng təbiətə, eyni zamanda qədim tarixə və zəngin mətbəxə malik ölkə olaraq tanıyırlar. Bundan əlavə bildiyiniz kimi, səfirlik və konsulluq əməkdaşlarının dəstəyi ilə mənim  aktiv fəaliyyətimin də olduğu bir istiqamət üzrə- tibb və elmi istiqamətdə də tanıtmağa davam edirik.
İki il ard-arda-2019 və 2020-ci illərdə 28 May – Respublika günü münasibəti ilə Dubay şəhərində yerləşən və dünyanın ən hündür binası olan Burc Xəlifə ölkəmizə hörmət əlaməti olaraq Azərbaycan bayrağının rənglrinə bürünmüşdür.
-BƏƏ-də öz tibbi nəzəri biliklərinizi nə dərəcədə tətbiq edirsiz?
-Ümumiyyətlə, qeyd edim ki, etik və deontologiyadan tutmuş praktiki məşğələyə qədər Azərbaycanda topladığım təcrübə həyatımda böyük bir rol oynamışdır.

-Azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının birliyində nə kimi rolu var?
-Vətəndaşlıq və dövlətçilik prinsipinə arxalanan azərbaycançılıq ideologiyası müstəqil, suveren ölkəmizin milli və dünyəvi dəyərlərini, sivil və demokratik dövlət uğrunda mübarizə strategiyasını özünə məqsəd seçən hər bir Azərbaycan vətəndaşının ideologiyasıdır. Qayəsi Vətən olan bu ideologiya xalqın milli və mənəvi varlığının, təfəkkür, adət-ənənə və inanclarının təcəssümü olub, dünya azərbaycanlılarını vahid milli məfkurə bayrağı altında bir yumruq kimi birləşdirir. Bu həmrəyliyin köklərində xalqın tarixi varlığının əsas atributları olan ideyalar dayanır – vətən, torpaq, bayraq, dil, din və həmrəylik. Sırf bu vətəndaşlıq ideyaları, 50 milyonluq güneyli, quzeyli və dünya azərbaycanlılarını mənəvi dəyərlər ətrafında sıx birləşdirir. Milli atributları və mənəvi dəyərləri hər daima özlərinə qürur mənbəyi seçən dünya azərbaycanlıları üçün də vətəndaşlıq ideyaları ətrafında birləşmək ən ümdə vəziflərdən biri və hətta deyərdim ki, birincisidir. Yüz illik bir dövlət ənənəçiliyinə, xüsusi ilə də son 30 ilin tarixi xronologiyasına da nəzər saldıqda açıq-aydın görürük ki, bizim vətəndaşımızın torpaq və bayraq sevgisi, vətənə olan bağlılığı hər cürə şəxsi abmisiyalardan və maraqlardan yüksəkdə dayanır. Düşünürəm ki, azərbaycançılıq ideologiyası hər bir azərbaycanlının qanına hopmuşdur. Elə bu səbəbdəndir ki, yaxın tarixin Qarabağ savaşlarına nəzər salanda görürürük ki, istər vətəndə yaşayan, istərsə də dünyada məskunlaşan vətəndaşlarımız bu tarixi olaylar ərəfəsində dünyaya bir birlik, əsl vətəndaşlıq, milliyətçilik, torpağa bağlılılıq və bütün bunların fonunda Azərbaycan vətəndaşlarının Vətən sevgisi haqqında təsirli və güclü mesaj vermişdir. Bu mücərrəd məhfumlara olan bağlılığımız, sevgimiz və o yoldan dönməzlik uğrunda qətiyyətimiz davam etdikcə biz bir millət olaraq dünya ictimaiyətinə həmrəylik nümunəsi olacağıq.

-Azərbaycançılıq ideologiyasının təbliğ olunmasına nə dərəcədə ehtiyac var?
-Çağdaş zamanda milli və ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir və bu ideyaların təbliği, hüquqi və demokratik dövlətçiliyimizin əsas dayaqlarından biridir. Bu gün həm dövlətimizin, həm də vətəndaşlarımızın qarşısında duran prioritet məsələlərdən biri mili mənsubiyyətin qorunub saxlanılması şərti ilə mütərrəqi dünya dəyərlərini özündə birləşdirməklə dünyaya inteqrasiya etməkdir. Bu inteqrasiya məğzində milli birlik və bərabərlik, multikultiralizm, suverenlik, dünyəvilik və mənəvi dəyərləri birləşdirdiyi kimi, həmçinin də dövlətçiliyimizə qarşı yönəlmiş anti-milli, şovinist ideyalara qarşı təşəkkül tapmış bir mübarizə üsuludur. İstər dünya azərbaycanlıları arasında milli ruhun, həmrəyliyin təbliği, istərsə də mövcud müharibə şəraitində ölkəmizi dünya sferasında fiziki və mənəvi baxımdan zəiflətmək cəhdlərinə qarşı dünyada fəaliyyət göstərən Azərbaycan diasporunun rolu danılmazdır. Son günlərin siyasi hadisələrindən məlum olduğu kimi, Azərbaycan itirilmiş torpaqları uğrunda mübarizəni hərb yolu ilə yanaşı, qlobal dünyaya həqiqətlərin çatdırılması uğrunda mübarizə kontekstində də geniş aparır. Bu səbəbdən də, istər diaspor təşkilatlarının fəliyyəti çərçivəsində, istərsə də fərdi şəkildə hər bir vətəndaş azərbaycançılıq ideologiyasının təbliğində öz töhfəsini əsirgəməməli, xüsusi ilə də vətəndən kənarda yetişən gənc nəsildə milli-ictimai şüuru formalaşdırmaqla bu ideologiyanın çağdaş dinamik təkamül mərhələsinə təkan verməlidir.
-Gördüyünüz işlərdə azəbaycançılığı necə təbliğ edirsiniz?
-Əvvəlcə qeyd edim ki, "azərbaycançılıq" deyəndə mənim gözümdə qonaqpərvərliyimiz, milli adət -ənənələrimiz, mədəniyyətimiz, təhsilimiz, insana və insan haqqlarına verilən dəyər kimi yüksək kriteriyalar canlanır. Bunların bir hissəsindən bəhs etdiyimdən bu bir neçə il ərzində əsasən elmi və təhsilimiz nöqteyi-nəzərindən gördüyüm işlərə dair aşağıdakıları sadalamaq istərdim:

Ras al Khaimah əmirliyində yerləşən “Medical Health and Sciences” Univeristiteti ilə və Azərbaycan Tibb Universiteti arasında müqavilə MOU (Memorandum of Understanding – Anlaşma Memorandumu) bağlanmasına nail oldum ki, bunun nəticəsində artıq 35-dən çox tələbə 3 dəfə Azərbaycan Tibb Universitetində rəhbərliyim altında təcrübə proqramı keçiblər və məhz Azərbaycanda oz mütəxəssislərimizlə BƏƏ tələbələri üçün üç dəfə implantologiya üzrə nəzəri və praktik (master class) kurslar təşkil etmişəm. Bununla yanaşı qeyd etməliyəm ki, səhiyyə və tədris proqramından əlavə, bu tələbələr ölkəmizdə turist olaraq qaldılar, milli dəyərlərimiz, mədəniyyət və tariximiz ilə tanış oldular. Və gözəl bir təəssürat ilə geri qayıtdılar. Eyni zamanda səhiyyə nazirliyi ilə mütəmadi görüşlər keçirildi.
Növbəti olaraq Pakistan Universiteti Riphaa və Azərbaycan Tibb Universiteti arasında bauladığımız müqaviləni misal gətirmək istərdim. Bu müqavilə nəticəsində pasient hüquqları mövzusunda yüksək səviyyəli konfransın təşkilinə hazırlaşırıq və gələcəkdə başqa böyük lahiyyələrin keçirilməsi də planlaşdırılır.
Azərbaycanı müxtəlif ölkələrdə təşkil olunmuş konfranslarda çıxışlarımla və elmi məqalələrimlə layiqincə təmsil etmişəm. Təbii ki, Azərbaycan Bayrağını hər fürsətdə qaldırmağa çalışıram.
Çalışdığım Universitetdə olan pulsuz müalicə və müayinə haqda məlumatları çalışıram ki, BƏƏ-də yaşayan həmyerlilərimlə paylaşım.
“Dr. Sabrin Ali Azim ilə Sadə diskussiya” proqramım vasitəsi ilə Azərbaycanda olan müxtəlif təşkilatların COVİD19 ilə necə mübarizə apardığını  təbliğ etdim ki, bunlardan biri də biri də SOS uşaq kəndləridir.
Ümumiyyətlə, götürdükdə isə, Azərbaycanı daima yüksək səviyyədə təmsil etmək və tanıtmaq qarşıma qoyduğum ali məqsədlərdən birincisidir.

-Həkim olaraq pandemiya dövründə BƏƏ əhalisinə nə kimi töhfəniz olub?
-Pandemiya dövründə COVİD19 virusu ilə mübarizə aksiyası keçirmişəm. Və eyni zamanda gənc azərbaycanlı həkimlər və tələbələr üçün müxtəlif ölkələrdə tibbi fəaliyyət üçün lisenziyaların alınması və ya təhsillərinin davam etdirilməsi üçün yollar göstərmək məqsədi ilə “Dr. Sabrin Ali Azim ilə Sadə diskussiya” adlı virtual proqram yaratmışam.
Eyni zamanda azərbaycanlı gənc alim olaraq "Evdə qal" təbliğatı ən çox etdiyim tövsiyələrdən biri olmuşdur. “Evdə qalmaq” kimi sadə bir tədbirlə necə böyük faciələrdən rahatlıqla yan keçə bilməyimixdən bəhs etmişəm. “Dr. Sabrin Ali Azim ilə Sadə diskussiya” proqramı vasitəsilə də evdə qalıb və səmərəli vaxt keçirilməsinə çağrış etmişəm və bu asudə vaxtların dəyərli məlumatlar toplamaqla faydalı keçirilməsinə çalışmışam. Həmçinin, bu başqalarına öz üzərində işləmək üçün nümunəvi aksiya və çağırış kimi qəbul oluna bilərdi.

-Perspektiv planlarınız nədən ibarətdir?
-Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır. Bu fikri Azərbayacn Tibb Universitetinə də təklif etmişəm və artıq bunu reallaşdırmaq barəsində daha ciddi düşünürəm. Məqsəd bir-birimizə yardım etmək, fikir və təcrübə mübadiləsi, eyni zamanda dəyərli mütəxəssislərimiz ictimaiyyətə tanıdılmasıdır. Düşünürəm ki, biz hər zaman birlikdə güclüyük!
Və  daha bir məqsədim apardığım işləri – virtual vebinarlar və sadə diskussiya proqramlarını artıq daha profesional müstəviyə qaldırmaqdır. Həmçinin, Azərbaycanla digər ölkələr arasında daha çox MOU - lar (Memorandum of Understanding – Anlaşma Memorandum) və konfransların keçirlməsi də planlarımıza daxildir.

Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 28-07-2020, 16:54







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?