Bolnisi-Dmanisi-Ağbulaq-Zalqa seçki darəsindən ən şanslı namizəd A- / A+
2020-ci ilin payızında Gürcüstan Parlamentinə keçiriləçək seçkilər həmin ölkədə yaşayan soydaşlarımızın da taeyində mühüm rol oynayacaq. Yeni konstitusiya dəyişikliyi ilə qarışıq proporsional-majoritar seçki sisteminə keçən Gürcüstan yeni seçki dairələri yardaraq keçmiş seçki dairlərini ləğv etdi. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli (Borçalı) bölgəsində 3 seçki dairəsi yaradılıb və bu 3 seçki dairəsindən həmçinin yerli təmsilçiliyi təmin etmək üçün 3 majoritar deputata da seçiləcək. Gürcüstanda yaşayan soydaşlarımız əsasən Marnuli-Qardabani, Bolnisi-Dmanisi-Ağbulaq-Zalqa və Rustavi-Qardabani birmandatlı seçki dairələrndə səs verəçəklər.Bolnisi-Dmanisi-Ağbulaq-Zalqa seçki dairəsindən ən şanslı namizəd, hazırkı deputat Kaxaber Okriaşvilidir. Seçki dairəsində seçicilərin 70 faizdən çoxu azərbaycanlılarıdır və Kaxaber Okriaşvili yenidən deputat seçilsə soydaşlarımızım Gürcüstan Parlamentində təmsilçisi olacaq.Yaxın günlərdə Gürücstan parlamentinin deputatı, Gürcüstan –Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü  Kaxaber Okriaşvilinin, yenidən Gürcüstan Parlamentinə Bolnis-Dmanis-Ağbulaq-Zalqa birmandatlı çeki dairəsindən namizdəliyi təqdim ediləcək.
Kaxaber Okriaşvili Türk Dünyasında tanınmış simalardan birdir və Gürcüstanın Türkdilli ölkələr, həmçinin müsəlman ölkələri ilə Parlametlərarası və dövlətlərarası əlagələrinin qurulmasında fəal iştirak edib.
Məhz Kaxaber Okriaşvilinin təşəbbüsləri nəticəsində Gürcüstan parlamnetinin və digər dövlət qurumlarının Qazaxstan, Qırğız Respublikası, Özbəkistan, Azərbaycan və Türkmənistanla müxtəlif dövlətlərarası əlaqələri yaradılıb, müxtəlif sahələrdə yaxın əməkdaşlıq üçün əsaslar təsbit edilib.
Bolnisi-Dmanisi-Ağbulaq-Zalqa seçki dairəsinin əsas kompakt yaşan əhalisi olan azərbaycanlıların Kaxa Okriaşviliyə münasibəti müsbət xarakterizə olunur və onun əhali tərfindən dəsklənməsi artıq açıq olaraq hamıya məlumdur.
 DOSYE:  KAXABER OKRIAŞVILI
 Gürcüstan Parlamentinin VI çağırış (2004-2008), VII çağırış (2008-2012), VIII çağırış (2012-2016), IX çağırış (2016-2020) Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən majoritar deputatı, 2008-2020-ci illərdə Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, 2015-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambelyasının üzvü. 2013-2016-cı illərdə Gürcüstan Parlamenti Partiyasız Müstəqil Majoritarlar Fraksiyasının, 2016-cı ildən isə Gürcüstan Parlamenti Regional İnkişaf Fraksiyasının Sədri olmuşdur.
Kaxaber Okriaşvili 21 mart 1966-cı ildə Qoqi Okriaşvilinin ailəsndə dünyaya göz açmış, uşaqlıq illəri və erkən gəncliyi Tbilisi şəhərində keçmişdir. 1982-1983 və 1990-1995-ci illərdə, həkimlik fəaliyyəti ilə əlaqədar Gürcüstanın Dmanisi şəhərində yaşamışdır. 1995-ci ildən 2004-cü ilə qədər isə PSP Farmaçevtik Şirkətinin Baş direktoru vəzifəsini tutarkən yenidən Tbilisi şəhərində yaşamışdır. 2004-cü ildən bu yana Dmanisi-Tetriçakro seçki dairsəindən majoritar deputat olduğu üçün Dmanisi şəhərində yaşayır.
Kaxaber Okriaşvili 1981-ci ildə Tbilisidə orta məktəbi bitirib. 1981-1987-ci illərdə Tbilisi Dövlət Tibb Universitetində təhsil almış və həmin universiteti ümumi müalicə işi ixtisası üzrə bitirmişdir.
Kaxaber Okriaşvili əmək faliyyətinə 1982-ci ildə, Tbilisi Dövlət Tibb Universitetini bitirdikdən dərhal sonra, Gürcüstan SSR Səhiyyə Nazirliyinin Dmanisi rayon Poliklinikasında tibb işçisi olaraq başlamışdır. 1989-cü ilə Dmanisi rayon Qantiadi kənd Poliklinikasına Baş həkim təyin edilmişdir. 1990-ci ilə qədər Qantiadi kənd Poliklinikasının Baş həkimi vəzifəsini tutan K.Okriaşvili 1990-cı ildə Gürcüstan SSR Səhiyyə Nazirliyi Dmanisi rayon Xəstəxanasına akuşer-ginekolog təyin edilmiş və burada həkim fəaliyyətini 1995-ci ilə qədər davam etdirmişdir.
1995-ci ildə Kaxa Okriaşvili PSP Farmaçevtik Şirkətini yaratmış və 2003-cü ilə qədər həmin şirkətin Baş direktoru vəzifəsini tutmuşdur. 2004-cü ildə siyasi fəaliyyətə başlayan K.Okriaçvili Gürcüstan Vahid Milli Hərakat Partiyasına daxil olmuş və Gürcüstan Parlamentinə keçirilən seçkilərdə Dmanisi birmandatlı seçki dairəsindən deputat seçilmişdir. 2008-ci ildə K.Okriaşvili müstəqil majoritar namizəd kimi Dmanisi-Zalqa birmandatlı seçki dairəsində seçkilərdə qələbə qazanaraq yenidən Parlamentin deputatı seçilmişdir. 2004-2013-cü illərdə K.Okriaşvili Gürcüstan Vahid Milli Hərakat Partiyasının fəal üzvlərində biri olmuş, siyasi partiyanın Dmanisi və Zalqa rayonlarında fəaliyyətini koordinasiya etmiş, həmçinin Vahid Milli Hərkat Partiyasının parlament fraksiyasında fəal deputatlardan biri kimi tanınmışdır. 2013-cü ildə Parlament deputatı olan K.Okriaşvili siyai baxışlarına görə vahid Milli Hərakat Partiyasını tərk edərək, "Gürcü Arzusu-Demokratik Gürcüstan" Siyasi Partiyasına daxil olmuşdur. K.Okriaşvili 2016-cı ildə "Gürcü Arzusu-Demokratik Gürcüstan" Siyasi Partiyasının majoritar namizədi kimi Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən Gürcüstan Parlamentinin deputatı seçilmişdir.Kaxaber Okriaşvili 2004-cü ildə Gürcüstan Parlamentinin deputatı seçildikdən sonra siyasi, qanunvericilik və fraksiyalar arası fəallığı seçilmişdir. 2008-2012-ci illərdə Gürcüstan Parlamentində vahid Milli Hərakat fraksiyasının aparıcı üzvlərindən biri omuşdur. 2012-2013-cü illərdə isə K.Okriaşvili Parlamentin partiyasız Müstəqil majoritarlar Fraksiyasının sədr müavini vəzifəsini tutmuşdur. 2014-2016-cı illərdə isə həmin fraksiyanın sədri olmuşdur. 2016-cı ildən Regionların İnkişafı Fraksiyasının Sədrdir.
K.Okriaşvili fəal qanunverici deputat kimi 2016-cı ildə Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü olmuşdur.
2008-2020-ci illər ərzində Gürcüstan parlamentinin deputatı olan K.Okriaşvili müxtəlif zaman kəsiklərində Gürcüstan parlamentinin Shiyyə və Sosial məsələr Komitəsi, Ətraf Mühit və Təbii Ehtiyatlar Komitəsinin və Sahə İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin üzvü olaraq fəaliyyətini davam etdirmişdir.
Gürcüstan parlamentinin beynəlxalq fəaliyyətində və həmçinin Türkdilli ölkələrin parlamentləri ilə birgə fəaliyyətlərdə dostluq qruplarının tərkibində iştirak etmişdir. 2018-cu ildən Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvüdür və Azərbaycanla ikitərfli əlqaələrini möhkəmləndirilməsində ciddi töhfə vermişdir. K.Okriaşvili həmçinin Gürcüstan-Qazağıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Türkmənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Qırğızıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Özbəkistan Parlamentlərarası Dostluq Qrupunun üzvü vəzifələrini tutur.
Gürcüstan parlamentinin beynəlxalq fəaliyyətndə ciddi iştirak edən K.Okriaşvili Qaradəniz iqtisadi Əməkdaşlıq Parlament Assambleyasının 2016-cı ildən üzvüdür. 2015-2016-da ATƏT Parlamnet Assambleyasının üzvü və 2012-2015-ci illərdə GUAM Parlament Assambleyasının üzvü olmuşdur. 2016-2017-ci illərdə Kaxaber Okriaşvili Gürcüstan Dövlət Konstitusiya Komisiyasının üzvü olmuşdur. 2006-2007-ci illərdə Rusiya federasiyası Hökümətinin Gürcüstan Vətəndaşlarına qarşı yönəlmiş fəaliyyətinin araşdırılması üzrə parlamnetin Müvəqqəti Komisiyyasının üzvü olmuşdur.
2004-cü ildən etibarən K.Okriaşvili Dmanisi-Zalqa birmandatlı dairəsindən Gürcüstan Parlamentinin deputatı seçildikdən sonra Dmanisi və Zalqa rayonlarında sosial və infrasturukturun inkişaf etdirilməsi və bu istiqamətlərdə dövlət büdcəsindən maliyyə ayrılmasına nail olmuşdur. Kaxaber Okriaşvilinin Gürcüstan parlamentinin Səhiyyə və Sosial Məslələr üzrə Komitəsindəki fəaliyyəti nəticəsində Dmanisi rayonun azərbaycanlılar yaşayan kəndlərinə"Yüksək dağlıq region yaşayış məntəqəsi" statusu verilmiş. Dmanisi rayonuna isə vergi güzəştlərinin tətbiq edilməsi qanunverciliklə təsdiq edlmişdir.
Gürcüstanda COVİD19 pandemiyası ilə əlaqədar karantin elan edilmsi və COVİD19 Virusu ilə Mübarizə Fondu yardıldıqdan dərhal sonra K.Okriaşvili həmin fonda öz şəxsi vəsaitindən 300 000 lari vəsait köşürmüşdür.

                                                           HAH Strateji Araşdırmalar Mərkəziшаблоны для dle 11.2
Tarix: 27-07-2020, 19:52







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?