"Azərbaycançılığı qoruyaraq vətənimdən kənarda millətimi layiqincə təmsil etməyə çalışıram" A- / A+
Dünya azərbaycanlıları azərbaycançılıq ideyasını necə təbliğ edirlər?Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi "Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi" layihəsi əsasında bu istiqamətdə araşdırmalarını davam etdirir. Məqsəd azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Rusiya Federasiyasının Tıva Respublikasının Azərbaycan diasporu və onun fəal üzvlərindən biri, respublika paytaxtının yerli qanunvericilik məclisinin – Xuralın (Parlament) deputatı, Tıva Karate Federasiyasının rəhbəri, yığma komandanın baş məşqçisi, tanınmış ictimai xadim Çingiz Əliyev "News12.az"a fikirlərini bildirib.Xatırladaq ki, Çingiz İsaxan oğlu Əliyev 1982-ci ildə Gürcüstanın Qardabani rayonunda doğulub, 1999-cu ildən isə Tıvada yaşayır. Müasir Humanitar Akademiyada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. Dəfələrlə Rusiya, dünya və Avropada keçirilən karate yarışlarında çempion olub və mükafatlar qazanıb, qara kəmər ustasıdır, Tıvada Karate Federasiyasının banisidir. Dünya və Avropa səviyyəsində bir çox Rusiya çempionu yetişdirib. Karate üzrə beynəlxalq dərəcəli idman ustası olan həmyerlimiz Rusiya Federasiyasında keçirilən bir sıra ictimai tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. O, Tıvanın 100 illiyi və Kızılın yaranmasının 100 illiyi medalları ilə təltif edilib. Həmçinin çoxlu sayda təşəkkür məktubu, diplom və fəxri fərmanlara layiq görülüb.
Çingiz Əliyev deyib ki, azərbaycançılıq bizim ideoloji dəyərimzdir: "Milli identifikasiyamız azərbaycançılıq ideyasında əks olunub. Gənclərə müxtəlif layihələr əsasında azərbaycançılıq ideyası aşılanmalıdır. İnanıram ki, bu istiqamətdə keçirilən layihələrin praktiki nəticəsi olacaq".
Çingiz Əliyev bildirib ki, dövlətimiz və xalqımız üçün çalışmaq azərbaycançılığa xidmət etmək deməkdir: "Mən buna hər zaman hazıram. Hər bir işim millətimin, eləcə də yaşadığım respublikanın xeyrinə olub. Azərbaycançılığı qoruyaraq vətənimdən kənarda millətimi layiqincə təmsil etməyə çalışıram. Bütün fəaliyyətimdə hər zaman istəmişəm ki, cəmiyyətə faydam olsun. Deputat olaraq soydaşlarımıza və yerli xalqa əlimdən gələn dəstəyi göstərirəm.
Tıvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur. Yerli əhali bizə böyük hörmətlə yanaşır. Biz digər türk xalqları ilə birgə hər zaman Novruz və başqa bayramları respublika səviyyəsində keçiririk".
Gənc deputat deyib ki, vətəndən uzaqda yaşamağına baxmayaraq mədəniyyətimizi və tariximizi çox sevir və azərbaycançılıq ideyasını təbliğ edir: "Azərbaycanda ən yüksək səviyyədə keçirilən tədbirlər mənə məmnunluq hissi verir. Əminəm ki, hər bir azərbaycanlı Azərbaycanın bu inkişafına görə fəxr edir. Ona görə azərbaycançılıq ideyasının təbliği dünya azərbaycanlılar üçün önəmli olan məsələdir. Xaricdə yaşayan hər bir azərbaycanlı bu ideyanı təbliğ etməlidir".шаблоны для dle 11.2
Tarix: 20-07-2020, 15:19







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?