"Xaricdə yaşasam da qəlbimdən və damarlarımdan axan qan Azərbaycanla qidalanır" A- / A+
Azərbaycan xalqının milli ideologiyası azərbaycançılıq adlanır. Xaricdə yaşayan  yazarlarımız da öz əsərləri və fəaliyyətlərində azərbaycançılığı qoruyurlar. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi" layihəsini icrasına uyğun olaraq bu mövzuya da toxunub. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində ABŞ-ın Kaliforniya ştanında yaşayan azərbaycanlı dramaturq, yazıçı və rejissor Sevinc Səfərovanın "News12.az"a müsahibəsini təqdim edirik.

-Azərbaycan xalqı üçün azərbaycançılıq ideologiyasının önəmi nədən ibarətdir?
-Azərbaycan xalqının milli inkişaf yolunun formalaşmasında azərbaycançılıq ideologiyasının önəmi azərbaycanlı tələbələrinin inkişaf etmiş demokratik xarici dövlətlərdə  təhsil alıb geri dönməsi, yeni bir  baxış və qüvvə ilə Azərbaycanın inkışafına böyük bir təkan verməsidir.
-Azərbaycançılıq ideyası dünya azərbaycanlılarını birləşdirə bilibmi?
-Azərbaycançılıq ideyası dünya azərbaycanlılarının birliyində hələ ki aşağı səviyyədədir, bu da ondan irəli gəlir ki, Azərbyacan diplomatik korpusu ilə Azərbaycan diasporu və digər  azərbaycanlılar tərəfindən yaradılmış təşkilatlar arasında lazımi səviyyədə əlaqə qurulmamışdır.


-Azərbaycançılıq ideologiyasını ABŞ-da necə təbliğ  etmək olar?
-Azərbaycan kiçik bir dövlət olduğu üçün demək olar ki, nə Cənubi, nə də ki Şimali Amerika dövlətlətlərində, eləcə də bir çox xarici dövlətlərdə tanınmır.
Mən yaşadığım ABŞ-da belə, demək olar ki, Azərbaycan haqqında məlumatları kifayət qədər deyil və buna görə də Azərbaycanı tanımırlar. Bu da bizə əsas verir ki, azərbaycançılıq ideologiyasını təbliğ edib və inkişaf etdirmək mütləqdir!
Bunun üçün Azərbaycan diasporu, konsulluğu birlikdə fəaliyyət göstərib, bir- birinə dəstək olmalıdır ki, biz məqsədlərimizə nail olaq.

-Əsərlərinizdə azərbaycançılıq nə dərəcədə özünü birüzə verir?
-Hər bir insanın həyatı bir əsərdir. Mənim yazdığım əsərlər müxtəlif səpkidədir və tək Azərbaycana aid deyil, bütün dünyada insanların rastlaşdığı haqqsızlıqlar, onların qarşılaşdığı problemlər, sevgi, ailə- məişət problemləri, narkotika və alkoqolizmlə bağlı problemlər və onların yaratdığı  fəsadlar haqqındadır. Məqsədim onların törənmə səbəblərini ortaya çıxarıb və oxucuya çatdırmaqdır.
Mən bir dünya yazarı kimi onu deyə bilərəm ki, yazdığım əsərlərdə toxunduğum mövzular, problemin hardan qaynaqlanmasını görsədir. Bundan nəticə çıxararaq, insanların həyatda düzgün addım atmları üçün örnəkdir.
Baxmayaraq ki, Azərbaycandan uzaqda yaşayıram, amma mənim qəlbim və damarlarımdan axan qan Azərbaycanla qidalanır.
шаблоны для dle 11.2
Tarix: 17-07-2020, 18:32







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?