"Azərbaycançılıq ideologiyasının təbliğ olunmasına hər zaman ehtiyac var" A- / A+
Dünya azərbaycanlılarının birliyində azərbaycançılıq ideyasının mühüm rolu var. Bu birliyin daha da güclənməsi üçün Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi" layihəsini icra edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun üzvü, diaspor fəalı Namiq Qurbanovun "News12.az"a müsahibəsini təqdim edirik.
Namiq Qurbanov deyib ki, düyna azərbaycanlılarının birliyində azərbacançılıq ideyası vacib amildir: "Dünya azərbaycanlılarını bir güc altında toplamaq üçün azərbaycançılıq ideyası əsasıdır. Azərbaycançılıq ideyasına söykənərək dünyada özümüzü tanıtmalı, dövlətimizin gücünü göstərməli, milli-mənəvi dəyərlərimizi təbliğ etməliyik. Bunun üçün xalqımızın birliyinin olması öməmli faktordur".
Namiq Qurbanov azərbaycançılıq ideologiyasının təbliğ olunmasının önəmindən də danışıb: "Azərbaycançılıq ideologiyasının təbliğ olunmasına hər zaman ehtiyac var. Ölkədən kənarda olsaq da dövlətin, xalqın gücünü hər kəsə tanıtmalıyıq və  milli-mənəvi dəyərlərimizi qorumalıyıq. Mən burada öz millətimizdən olan hər kəsə bacardığım qədər köməklik göstərməyə çalışıram. Hər hansı tədbir, bayram şənliyi olanda orada yaxından iştirak edirəm. Öz vətəndaşlıq borcumu bir Azərbaycan oğlu kimi yerinə yetirmək üçün əlimdən gələni edirəm. Hər bir imizin qayəsi azəbaycançılığı təbliğ etməkdir. Çalışıram ki, xalqımı, millətimi yad bir ölkədə layiqincə təmsil edim. Əsas istəyim odur ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, mehriban, yardımsevər olduğunu hamı bilsin və görsün".


Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 14-07-2020, 16:19







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?