"Azərbaycançılıq ideologiyası Azərbaycan dəyərlərinin dünyaya inteqrasiyasının ideya əsasını təşkil edir" A- / A+
Dünya azərbaycanlıları azərbaycançılıq ideyasını necə təbliğ edir? Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi" layihəsini icra edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.Layihə çərçivəsində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun "News12.az"a müsahibəsini təqdim edirik.

-Sizin üçün azərbaycançılıq ideyası nə deməkdir?
-Azərbaycan xalqının milli inkişaf yolunun formalaşmasında azərbaycançılıq ideyası milli müstəqilliyin qorunması, demokratik inkişaf və hüquqi dövlətin qurulmasına xidmət edir. "Azərbaycançılıq" anlayışı Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Azərbaycançılıq ideologiyası Azərbaycan dəyərlərinin dünyaya inteqrasiyasının ideya əsasını təşkil edir. Azərbaycançılıq ideyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır. Azərbaycanda milli ideologiyanln formalaşmasında şərqçilik və qərbçiliyin vəhdəti həlledici amil kimi çıxış edir və özündə məfkurəçilik, istiqlalçılıq, birlikçilik, türkçülük, islamçılıq, xalqçılıq, ünsiyyətçilik, vahid dillə və mədəniyyətlə vəhdəti ehtiva edir.

-Soydaşlarımız azərbaycançılıq ideyası ətrafında birləşə bilibmi?
-Bu gün azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyi diaspor təşkilatlarımızın potensialını səfərbər edir. Həmvətənlərimizin azərbaycançılıq ideyasına köklənməsinin nəticəsidir ki, artıq dünyada azərbaycanlıların təşkilatlanması yeni bir mərhələyə qədəm qoyub. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin məqsədi və fəaliyyətinin də qayəsini məhz milli ideologiya, azərbaycançılıq ideyası təşkil edir. Ümummilli liderin siyasətinin davamçısı Prezident İlham Əliyev azərbaycançılıq ideologiyası ilə bağlı demişdi: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.


-Azərbaycançılıq ideyasını necə təbliğ edirsiz?
-Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəsi azərbaycançılıq ideologiyasının daşıyıcısı hesab etmək olar. Ülu öndərimiz Heydər Əliyev 2001-ci ildə keçirilən Dünya azərbaycanlılarının I qurultayında belə bir fikir səsləndirmişdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".шаблоны для dle 11.2
Tarix: 17-07-2020, 18:13







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?