“Azərbaycan polisi üzərində dövlətimizin atributlarını gəzdirir, onları təhqir etmək olmaz!” A- / A+
 
Ramiz Alıyev: “Koronavirusla mübarizə dönəmində Azərbaycan polisi öz dövlətinə sədaqətlə xidmət edərək dünyada ən yaxşı polis nümunəsi göstərdi”

Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar karantin rejimi günlərində Azərbaycan polisinin də üzərinə məsuliyyət düşdü. Polislərimiz bu günlərdə gücləndirilmiş iş rejimində çalışdılar. Karantin rejiminin sərtləşdirilməsi və həftəsonu günləri üçün tətbiq olunan məhdudiyyətlərlə əlaqədar Azərbaycan polis yenə də gücləndirilmiş rejimdə öz işini davam etdirdi. Bu məsələ ilə bağlı politoloq Ramiz Alıyev “Palitra”ya açıqlamasında bildirdi ki, pandemiya ilə mübarizə dönəmində Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə həyata keçirdi: “Biz bunları istər yol patrul xidmətinin əməkdaşlarının yollarda hərəkətin tənzimlənməsində göstərdikləri xidmətdə, istər daxili qoşunların əməkdaşlarının fəaliyyətində, istərsə də digər polis əməkdaşlarının göstərmiş olduqları fədakarlıqlarda görə bilərik. Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general- polkovnik cənab Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi öz dövlətinə sədaqətlə xidmət edərək dünyada ən yaxşı polis nümunəsi göstərdi. COVİD 19 pandemiyası dövründə Azərbaycan polisinin üzərinə böyük məsuliyyət qoyulmuşdu, eyni zamanda ölkə ərazisində cinayətkarlıqla mübarizə aparmalı idi və aparıldı da. Necə ki, pandemiya dövründə üzərinə qoyulan məsuliyyəti dərk edərək ən yüksək səviyyədə həyata keçirirdisə, eyni zamanda ictimai asayişi də vaxtında qoruya bildi. Belə olan halda Azərbaycan polisini gözdən salmaq kimin və ya kimlərin işinə yaraya bilər? Əlbəttə ki, bu ancaq Azərbaycanı xaosda görmək istəyənlərin, sabitliyi istəməyənlərin, bir sözlə, Azərbaycanın müstəqilliyini istəməyənlərin arzusu və istəyi ola bilərdi”.
Ramiz Alıyev dedi ki, Azərbaycan polisi üzərində dövlətimizin atributlarını gəzdirir, onları təhqir etmək olmaz: “Sosial şəbəkələr vasitəsi ilə Azərbaycan polisinin videolarını yaymaqla onların təhqir olunmasına şərait yaradanlar anlamırlar ki, bizim vətəndaşlarımızın günün istənilən vaxtı ölkə ərazisində sərbəst və təhlükəsiz gəzməsi həm də məhz o təhqir etdikləri polislərin xidmətidir! Siz evinizdə oturduğunuz halda, o polislər küçələrdə sizin təhlükəsizliyinizi qoruduğu halda, öz ailələrindən uzaq düşdüyü, təhlükəli virusla üz-üzə dayandığı halda onu təhqir edirsiniz. Səbəb nədir? Çünki onlar istəmirlər ki, siz çölə çıxıb bu xəstəliyə yoluxasınız və yaxınlarınızı yoluxdurasınız! Azərbaycan polisi öz dövlətinə və xalqına sədaqətlə bağlıdır və dövlətimizin qoyduğu qaydalara əməl olunmasına birbaşa məsuliyyət daşıyaraq imkan verməyək ki, o qanunlar tapdansın!”
шаблоны для dle 11.2
Tarix: 8-06-2020, 14:17







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?