Bizim yolumuz haqq yoludur A- / A+
Azərbaycan Prezidenti İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında söylədiyi nitqiylə xalqımızın tarixi-milli yaddaşını bir daha təzələyərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təbliğatın bir çox mühüm istiqamətlərini əhatə etdi.
Azərbaycanın əzəli-tarixi torpaqları hesabına qurulmuş işğalçı Ermənistan dövləti bu gün apardığı faşist və terrorçu siyasətiylə işğal altında saxladığı torpaqlarımızın yeraltı və yerüstü sərvətlərinə sahib çıxmağa, eyni zamanda xalqımızın milli, maddi və mədəni dəyərlərinin izini itirərək özününkiləşdirməyə çalışırlar. Məhz bu, ermənilərin saxtakarlıqlarından irəli gəlir. Tarix və tarxi mənbələr də sübut edir ki, bir qarış da olsun torpağı olmayan ermənilər XIX əsrin əvvəllərində Azərbaycana kütləvi olaraq köçürülüblər. Məqsədyönlü və mərhələli şəkildə Cənubi Qafqaza köçürülən ermənilərə Azərbaycannın əzəli torpaqlarında dövlət yaradılıb. Tarixi mənbələrə istinadən Cənubi Qafqazda Sovet Hakimiyyətinin qurulduğu dövrdə, yəni 1920-ci ildə Zəngəzur Ermənistana daxil edilməklə, Naxçıvanın Azərbaycanla qurudan olan əlaqəsini kəsildi.
Cənab prezident İlham Əliyev: “...Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi?”
Təbii ki, ermənilər əl çəkmədi. Bağışlanmış torpaqlar artıq ermənilərə həddini aşmağa bir yol açmış oldu. Daha sonrakı dövrlərdə zaman-zaman əllərinə fürsət düşdükcə ermənilər torpaqlarımızı zəbt etmək düşüncəsiylə xalqımıza qarşı soyqırım cinayətləri törətməyə başladılar. Ermənilərin faşist xislətli olduqlarının göstəricisi Ermənistan hakimiyyətinin indiki rəhbərinin kökdən gələn terrorçu və faşist mahiyyətinin dəyişməz qalmasıdır. Cənab prezidentin söylədiyi kimi, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər.
Azərbaycanın qədim şəhəri İrəvanın Ermənistana paytaxt kimi verilməsini tariximizin böyük bir səhvi hesab etmək olar. Lakin bundan sonrakı tariximizdə bir daha səhvə yol verməmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında birləşərək güclü olmayıq ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edək. Doğrudur, Azərbaycanın bir çox ölkələrlə ikitərəfli formatda imzaladığı strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir. Lakin ölkə başçımızın çıxışı zamanı söylədiyi “Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir" bu fikri milli çağırış kimi dəyərləndirilə bilər. Çünki bizim yolumuz haqq yoludur!

Nailə İsmayılova 
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nin sədri
шаблоны для dle 11.2
Tarix: 5-06-2020, 15:40



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      Geoloji parklarda ovçuluq qadağan edildi

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?