Ölkədə başlanan yeni siyasi dönəm A- / A+
 
Və bu dönəmə hazır olmayan siyasi qüvvələrin başlıca niyyəti
Yəqin çoxlarınız mənimlə razılaşar ki, ölkədə siyasi münasibətlərdə yeni mərhələ başlayır, yeni yanaşmalar ortaya qoyulur. Son bir neçə ay ərzində ard-arda siyasi cameədə baş verənlər, müşahidə etdiklərimiz, eləcə də ötən gün REAL Partiyasının sədri İlqar Məmmədov və  "İnsan Haqları" klubunun rəhbəri Rəsul Cəfərova Ali Məhkəmənin qərarı ilə bəraət verilməsi, eyni zamanda maddi təzminatın ödənilməsi bizlərə belə bir nəticəyə gəlməyə əsas verir. Əgər bu bir tərəfdən müstəqillik illərində nəhkəmə hüquq sistemində qeydə alınan ilk tarixi hadisədirsə, digər tərəfdən Ali Məhkəmə tərəfindən verilən bu qərar qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının ali hüquqi prinsiplərə əsaslanmalarının əyani sübutudur.  Ən əsası isə İlqar Məmmədov və Rəsul Cəfərov barəsində çıxarılan məhkəmə qərarı siyasi mühitdə, iqtidar-müxalifət münasibətlərində qeydə alınan daha bir pozitiv yanaşmadır. Ona görə daha bir pozitiv yanaşma deyirəm ki, dünənki qərar heç də bu aspektdə, yəni iqtidar-müxalifət münasibətlərində yaşanan ilk belə hadisə deyildi.  Təkcə çox yaxın keçmişimizə, cəmi bir neçə aylar, həftələr əvvəl yaşananlar, baş verənlərə, eyni zamanda hakimiyyətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın həmin olaylara olan münasibəti, adekvat reaksiyasına diqqət yetirək. Götürək avtomobil qəzası keçirən hüquq müdafiəçisi Oqtay Gülaliyevin müalicəsinin Birinci Vitse-Prezident Mehriban Əliyevanın diqqətdə saxlaması və hüquq müdafiəçisinin bütün müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanmasını. Hansı ki, həmin Oqtay Gülaliyev təkcə hakimiyyət deyil, eyni zamanda dövlət və dövlətçiliyə qarşı çıxan Mili Şura adlanan qurumun Koordinasiya Mərkəzinin üzvüdür. Və zaman-zaman Oqtay Gülaliyev hakimiyyətə qarşı ən sərt çıxışlar səsləndirib. Ancaq məlum avtomobil qəzasından sonra hakimiyyət, Birinci-Vitse Prezident Mehriban Əliyeva tərəfindən atılan addım sübut etdi ki, Azərbaycan hakimiyyəti, dövlət başçısı Cənab İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Əliyeva üçün hər şeydən öncə vətəndaş məmnunluğu, insan amilidir. Məhz qeyd edilən amil də hakimiyyətin kindən, qisasçılıqdan tamamilə uzaq olduğunu təsdiqləyirdi.


xxx

Yaxud bu günlərdə Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhətində yaranan ciddi problem və həmin  problemin həllinə dövlətin olan münasibəti. Partiya sədrinin ailə üzvlərinin dövlət başçısına ünvanladığı təşəkkür məktubundan aydın oldu ki, Əhməd Orucun səhhətində ciddi problemin olması barədə Cənab Prezidentə məlumat daxil olan kimi, dövlət başçısı partiya sədrinin müalicəsini nəzarətə götürüb. Məlumat üçün qeyd edək ki, Əhməd Oruc da zamanında bu gün Milli Şura adlanan antimilli qurumda təmsil olunan radikal siyasilərlə birlikdə hakimiyyət əleyhinə sərt mövqe sərgiləyən, iqtidarı yeri gəldi-gəlmədi tənqid edən siyasilərdən idi. Ancaq dövlət başçısı bütün bunları buir kənara qoyub məsələyə sırf insanlıq prizmasından yanaşdı və Əhməd Orucun dövlət hesabına müalicəsini nəzarətə götürdü. Cənab Prezidentin bu addımı təkcə dövlət başçısının qisasçılıq meylindən uzaq olması anlamını vermir, eyni zamanda İlham Əliyevin hər bir vətəndaşın prezidenti olduğunu bir daha təsdiqləyir. Hələ 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilərkən Cənab İlham Əliyev bəyan etmişdi ki, hər bir azərbaycanlının, hər bir vətəndaşın prezidenti olacaq və ötən 17 ilə yaxın müddətdə Azərbaycan Prezidenti atmış olduğu bütün addımlarla bunu isbatlayıb.
Qeyd etdiyimiz kimi, bütün yaşanan proseslər həm də ölkədə siyasi yeniliklərin baş verdiyini, daha doğrusu bu yeniliklərin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir. İstər VI çağırış Milli Məclisin formalaşması və qanunverici orqanın həm rəhbərliyi, həm də komitələrində müxalifətdən olan millət vəkillərinin rəhbər strukturlarda yer alması, istər siyasi partiyalarla keçirilən görüşlər, istərsə də son həftələrdə uzun illər dövlət qeydiyyatı gözləyən iki siyasi partiyanın Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması onu deməyə əsas verir ki, Azərbaycanda siyasi aktivliyin artması, iqtidar-müxalifət təmaslarının genişlənməsi, yeni siyasi mühitin formalaşmasında hakimiyyət, şəxsən dövlət başçısı Cənab İlhsm Əliyev maraqlıdır. Bütün bu sadaladıqlarımız onu göstərir ki, hakimiyyət siyasi partiyalara əməkdaşlıq üçün əl uzadır. Sevindirici hal ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən əksər siyasi qüvvələr hakimiyyətin dialoq, qarşılıqlı faydalı əməkdaşlıq üçün uzanan əlinə qarşılıq verir, alqışlayır. Milli Vəhdət Partiyası olaraq biz də hakimiyyət tərəfindən ölkədə yeni siyasi mühitin yaradılmasını,  iqtidarla siyasi partiyalar arasında  qarşılıqlı faydalı əməkdaşlıq, dialoqun olmasını dəstəkləyir, alqışlayırıq. Bu günə qədər dövlət, dövlətçilik naminə  ortaya qoyduğumuz, sərgilədiyimiz münasibəti, mövqeyi  bundan sonra da davam etdirəcək, bu kimi həssas məsələlərdə hakimiyyətlə birgə əməkdaşlıqdan məmnun olacağıq.
xxx
Ancaq sonda bir məqamı da qeyd etməmək mümkün deyil. Görünən odur ki, hakimiyyətin, şəxsən Cənab Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradə, siyasi konfrantasiyadan uzaq, əksinə siyasi konfiqurasiya şəklində əməkdaşlıq, ölkədə yeni siyasi dönəmin başlaması radikal siyasi deşərgəni qane etmir. Əksi halda Milli Şura adlanan qurum hakimiyyətin, dövlət başçısının siyasi çevrəyə uzanan əməkdaşlıq əlini geri çevirməz, digər siyasi partiyalar, dövlət və dövlətçiliyi əsas tutan siyasi qüvvələr kimi yeni siyasi dönəmə dəstək nümayiş etdirərdilər. Əslində həmin siyasilərdən belə bir mövqe gözləmək də sadəlövhlük olardı. Necə ki, Ermənistan hakimiyyəti uzun illərdir Dağlıq Qarabağ probleminin diplomatik yolla həllinə hazır deyil, eləcə də Azərbaycanın radikal siyasi düşərgəsi ölkədə yaranan yeni siyasi dönəmə adekvat addım ata bilmir. Çünki radikal siyasi düşərgə hər zaman Azərbaycanda siyasi gərginliyin, qarşıdurmaların olmasından yanadır. Onlar heç vaxt qaradan başqa rəng görmək arzusunda olmayıblar və ətraflarında baş verən bütün prosesləri qara rəngdə görürlər.


Süleyman İsmayılbəyli
Milli Vəhdət Partiyasının sədr müavini
шаблоны для dle 11.2
Tarix: 24-04-2020, 12:51







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?