Radikal siyasi qüvvələrin fəaliyyətində hər zaman dövlətə, dövlətçiliyə xəyanət elementləri özünü göstərib A- / A+
 
"Azərbaycan müxalifətinin radikal qanadının millətimiz, xalqımız üçün həssas dönəmlərdə dövlətçiliyimizə zərbə vurmaq, insanlar arasında çaşqınlıq yaratmaq cəhdinin daim şahidi olmuşuq və son günlər bir daha belə mənfi tendensiyanı müşahidə edirik". 


News12.az xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının (MVP) sədr müavini Süleyman İsmayılbəyli Milli Şura adlanan qurumun ölkədə koronavirusa qarşı aparılan geniş və əhatəli tədbirlərə kölgə salmaq, guya bu istiqamətdə heç bir işlərin görülmədiyi barədə cəmiyyətdə yalnış məlumat formalaşdırmaq cəhdinə münasibət bildirərkən səsləndirib. MVP rəsmisi deyib ki, bu radikal müxalifətin köhnə adətidir: "Yadınızdadırsa, AXCP sədri Əli Kərimli və onun rəhbərlik etdiyi Milli Şura adlanan qurum 2016-cı ilin uğurlu Aprel zəfəri zamanı da eyni mövqe tutmuş, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyata kölgə salmaq, xalqın qələbə sevincinə bədbinlik gətirmək üçün müxtəlif açıqlamalar vermişdi. Təsadüfi deyil ki, həmin ərəfədə Əli Kərimli bu tipli açıqlamaları ilə erməni kütləvi informasiya vasiələri, saytlarının baş qəhrəmanına çevrilmişdi. Ona görə də, radikal siyasi düşərgədən indiki halda da ölkədə koronavirusa qarşı aparılan mübarizə tədbirlərinə dəstək xarakterli hansısa bir fikir eşitmək sadəlövhlük olardı. Bu siyasi qüvvələrin fəaliyyətində hər zaman dövlətə, dövlətçiliyə xəyanət elementləri özünü göstərib". Süleyman İsmayılbəyli onu da vurğulayıb ki, radikal siyasi düşərgə Azərbaycan dövləti, onun rəhbərliyi, şəxsən Cənab Prezidentin yeni növ koronavirusa qarşı apardığı mübarizə tədbirləri, bu istiqamətdə ölkədə həyata keçirilən tədbirləri, atılan addımları görməməzlikdən gəlsə də, lakin Azərbaycan xalqı bütün bunları görür və qiymətləndirir: "Hər gün respublikanın müxtəlif bölgələrindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ünvanına gələn təşəkkür, minnətdarlıq məktubları bunun əyani sübutudur. Azərbaycan xalqı aydın şəkildə görür ki, dövlət, onun rəhbəri Cənab İlham Əliyev koronavirus pandemiyasının ölkədə geniş yayılmaması üçün əlindən gələni edir. Cənab Prezidentin bu istiqamətdəki fəaliyyəti mən deyərdim ki, yaxın və uzaq ölkələrə, dünya dövlətlərinə bir nümunədir".
шаблоны для dle 11.2
Tarix: 11-04-2020, 18:13







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?