Gənc politoloqun namizədliyi qeydə alınıb A- / A+
49 saylı Yevlax -Mingəcevir Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən müstəqil namizəd, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistrı, gənc politoloq Elvin Babayevin namizədliyi rəsmən qeydə alınıb.Bu barədə Elvin Babayev özü “Facebook” səhifəsində məlumat verib. Elvin Babayev imzatoplama kampaniyasına dəstək verən hər kəsə təşəkkür edib: “Öz imzası ilə mənə dəstək olan əziz vətəndaşlarımıza, imzatoplamaqda yanımda olaraq mənə dəstək olan mükəmməl komanda üzvlərinə dərin təşəkkürümü bildirirəm! Çalışacağıq ki, sonrakı mərhələdə də uğur qazanıb, qalib olaq”.
Xatırladaq ki, Elvin Babayev 1988-ci ildə Mingəçevir şəhərində ziyalı ailəsində anadan olub. 1995-ci ildə Mingəçevir şəhər 18 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra, hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olarkən ayıq-sayıq xidmətimə görə manqa komandiri vəzifəsinə, kiçik çavuş hərbi rütbəsinə layiq görülüb. Fəxri fərmanlarla təltif edilib. 2008-ci ildə hərbi xidməti başa vurub. Daha sonra Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasına qəbul olub. 2012-ci ildə oranı bitirdikdən sonra Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasına magistratura üçün imtahan verib, Beynəlxalq əlaqələr ixtisası üzrə qəbul olub. Oranı bitirdikdən sonra Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyində işləməyə başlayıb. Hədəfi vətənə, dövlətə xidmət etməkdir.
шаблоны для dle 11.2
Tarix: 13-01-2020, 13:55







TAM XƏBƏR
Facebook
Foto

Oqtay Əsədovun seçiciləri ilə görüşlər keçirilir-FOTOLAR

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?