Zərif Bakıdan dünyaya SƏSLƏNDİ: “ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur edin" A- / A+

 

“İranın öhdəlikləri yerinə yetirməsinə baxmayaraq ABŞ-ın nüvə sazişindən çıxması regiona və ondan kənarda təhlükəsizliyə ziyan vuran dağıdıcı faktorlardan biridir”.


News12.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin Hazırlıq Görüşündə bildirib.

Onun sözlərinə görə, ABŞ-ın yürütdüyü iqtisadi müharibə - iqtisadi terrorizm sadə iranlılara qarşı yönəlib.

“Bu isə nəinki insanlığa, həmçinin dünya birliyinə və təhlükəsizliyinə ciddi təhdiddir”, - deyə o əlavə edib.

M.C.Zərif bildirib ki, rəsmi Vaşinqtonun Qoşulmama Hərəkatına üzv olan Kuba, Suriya, Venesuela, İran, hətta Çin və Rusiya kimi böyük dövlətlərə sanksiyalar tətbiq etməsi beynəlxalq iqtisadi münasibətlərə zərər vurur:


“Milyonlarla insan və qlobal ticarət təhlükə altına düşür. Qlobal fəlakətin qarşısını almaq üçün beynəlxalq birliyin birləşərək ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur etməsi olduqca önəmlidir. Bu gün ABŞ öz tərəfdaşlarına belə xəyanət etdiyini sübuta yetirib”.
шаблоны для dle 11.2
Tarix: 23-10-2019, 12:41







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?