Elmar Məmmədyarov: “Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir” A- / A+
 

“Bakı sammitində Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçəcək. Mən son 3 ildə uğurlu sədrliyə görə Venesuelaya təşəkkür edirəm”.


 
News12.az xəbər ve rir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov  Qoşulmama Hərəkatına üzv ölkələrinin Xarici İşlər Nazirlərinin Şurasının iclasında çıxışı zamanı bildirib.


Nazir deyib ki, Azərbaycan heç bir hərbi birlikdə iştirak etməyən ölkədir. O qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə quruma üzv ölkələrin gəncləri ilə əməkdaşlığa xüsusi önəm veriləcək:

“İlk dəfə Qoşulmama Hərəkatının sammiti ilə yanaşı bu quruma üzv ölkələrin gənclərinin də sammiti keçiriləcək. Qoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti inkişaf etməkdə olan dövlətlərdir. Biz sədrliyimiz dövründə iqtisadi, təhlükəsizlik sahəsində də əməkdaşlığa xüsusi önəm verəcəyik”.

 

Nazir xatırladıb ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir:

“Bu isə ümumilikdə regional təhlükəsizliyə təhdiddir. Münaqişə başlayandan, hərbi əməliyyatlar məhz Azərbaycan ərazisində keçirilib. Bundan isə infrastruktur və dinc əhali ziyan çəkib. Nəticədə bir milyondan çox insan öz doğma torpaqlarını tərk etməli olub. Mən Azərbaycanın ərazi bütövlüyünün dəstəklədikləri üçün Qoşulmama Hərəkatının üzvlərinə təşəkkür edirəm”.шаблоны для dle 11.2
Tarix: 23-10-2019, 12:01







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?