Tofiq Yaqublunun ailəsi Ombudsmana müraciət etdi A- / A+

 
Tofiq Yaqublunun ailəsi Ombudsmana müraciət edib. Bu barədə Modern.az-a Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat verib. O bildirib ki, Ombudsmandan cavab gözləyirlər:

"Mən Ombudsman Aparatına zəg etdim və Elmira Süleymanovanın özü ilə danışa bilməsəm də, müraciətimi qeydiyyata aldılar. Bizim istəyimiz odur ki, Tofiq Yaqublunu ailə həkimimiz Adil Qeybulla yenidən müayinə etsin. Həmçinin, mənim onunla görüşməyimə icazə verilməyib. Buna şərait yaradılmasını tələb edirəm. Hazırda Ombudsman Elmira Süleymanovanın məsələyə reaksiyasını gözləyirik".

Qeyd edək ki, Tofiq Yaqublu Milli Şuranın Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birlikdə oktyabrın 19-da keçirdiyi mitinqdə iştirak etdiyinə görə saxlanılıb. Ona 30 sutka həbs cəzası verildiyi bildirilir.
шаблоны для dle 11.2
Tarix: 22-10-2019, 16:30







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?