Seçki bülletenlərinin çapına başlanıldı A- / A+
 
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün Milli Məclis Aparatının mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.
News12.az-ın məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri bu məqsədlə Milli Məclisinin Mətbəəsində keçirilən tədbirdə iştirak ediblər.
Mətbəədə yaradılan şərait və proseslə yaxından tanış olan sədr Məzahir Pənahov, seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün öz tövsiyələrini verib.
Eyni zamanda MSK sədri seçicilərin öz konstitusion hüquqlarından azad və sərbəst şəkildə istifadə etmələri üçün mühüm əhəmiyyət kəsb edən bülletenlərin Seçki Məcəlləsində nəzərdə tutulan vaxtda və qaydada hazırlanıb çap edilməsi, eləcə də aşağı seçki komissiyalarına verilməsi üçün qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının zəruriliyini diqqətə çatdırıb və tövsiyələrini verib.
M. Pənahov media mənsubları üçün brifinq keçirərək, seçkilərin azad və ədalətli keçirilməsi istiqamətində gerçəkləşdirilən layihələr, həmçinin son hazırlıq işləri barədə ətraflı məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.
шаблоны для dle 11.2
Tarix: 27-01-2020, 11:29







TAM XƏBƏR
Facebook
Foto

Azərbaycanda qalmaqallı kitab yazıldı - Məşhur hüquqşünas Ramil Usubov, Namiq Abbasov və digər məmurların obrazını yaratdı

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?