28 ilin Laçınsızlıq dərdi A- / A+
Laçın tarixən Azərbaycanın düşmən fitnəsinə sinə gərən qalası rolu oynayıb.Ötən əsrin əvvəllərində dünya güclərinin türk xalqlarını bölüb,parçalamaq siyasətini Qafqazda davam etdirərək qədim Azərbaycan- türk torpaqlarında qondarma Ermənistan xristian dövlətini yaratdılar. Elə həmin zamandan etibarən bədnam qonşularımızın xalqımıza qarşı qıcanan dişinin qırılmasında Laçın bölgəsinin əvəzsiz rolu olub. Təkcə 1918-ci ildə erməni Andranikin rəhbərliyi ilə Qarabağa hücum edən otuz minlik erməni ordusunun laçınlı Soltan bəyin başçılıq etdiyi kiçik bir dəstənin darmadağın etməsi faktı bu yurdun insanlarının qeyrətindən, hünərindən xəbər verən ən mühüm tarixi amildir.
     28 il öncə bu qəhrəmanlar diyarı daxili satqınların və erməni hiyləgərliyinin nəticəsində işğal olundu. Hər zaman düşmənin başını əzən ,yurduna yağı ayağının dəyməsinə imkan verməyən Laçınlılar yurdlarından pərən-pərən düşdülər . Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın ardınca 1992-ci il may ayının 18-də igidlər diyarı Laçın da düşmən əlinə keçdi .
    Bugün tarixin bu qanlı faciəsini yad etmək məqsədilə Azərbaycan Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin (AMQTİB) təşəbbüsü və təşkilatçılığı ilə Nerimanov rayonu ərazisində, Milli Qəhrəman Koroğlu Rəhimovun abidəsi önündə toplantı keçirildi.
   Toplantıda çıxış edən birlik üzvləri Asəm Binnətov,Emin Ağayev,Mirzə Balakişiyev,Ziyad Qarabağlı, jurnalist Metanet Akif qızı, Qəzənfər Aloyev, Amil Unudulmaz və digərləri Laçının işğalı ilə bağlı fikirlərini bildirdilər . Toplantıya AMQTİB Nerimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov yekun vurdu .

Orucova İlahə
шаблоны для dle 11.2
Tarix: 19-05-2020, 12:30







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?