Cəlilabadın Şiləvəngə kəndindəki orta məktəbdə Milli Qəhrəmanların Guşəsi yaradılacaq A- / A+
Cəlilabad şəhəri Şiləvəngə kəndi Vidadi Babayev adına tam orta məktəbdə Milli Qəhrəmanların Guşəsi yaradılacaq. Bu haqda Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov məlumat verib.Bununla bağlı Cəlilabad şəhəri Şiləvəngə kəndi Vidadi Babayev adına tam orta məktəbin direktor Sürayə Məmmədova müraciət edib.Ədhəm Məmmədov məktəbdə olub və güşənin yaradılması işləri ilə bağlı Sürayə Məmmədova ilə görüşərək danışıqlar aparıb.Ədhəm Məmmədov bildirib ki, məktəbdə Milli Qəhrəmanların Guşəsinin yaradılması şagirdlərin vətənpərvərlik ruhunun yüksəldilməsində əhəmiyyətli rol oynayacaq.Sürayə Məmmədova deyib ki, davamlı olaraq bu məktəbdə Milli qəhrəmanlar, şəhidlərimizlə bağlı tədbirlər keçirilir.Məktəbdə, hətta ibtidai sinif şagirdlərinə vətənpəvərlik mövzusunda, şəhidlərimizlərimizdən danışılır. İbtidai sinif müəllimi Rəşad Quliyev və digər müəllimlər bu haqda şahirdlərə ətraflı məlumat verirlər.Ümumiyyətlə, məktəbin müəllimələri Elminaz Məmmədova, Rahilə Əsgərova, Nailə Əsgərova, Qumru Əhmədova və Şəfəq Babayeva və digərləri vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsində fəal iştirak edirlər.Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Faiq Cəfərov Cəlilabad şəhəri Şiləvəngə kəndi Vidadi Babayev adına tam orta məktəbdə təhsil alıb.
шаблоны для dle 11.2
Tarix: 3-12-2019, 18:31







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?